100 il əvvəl, 28 apreldə Rusiyaya məxsus 11-i qırmızı ordu birləşmələri Bakını və sonra Azərbaycanı işğal etdi. Biləcəri qəsəbəsində yaşayan dinc əhaliyə qarşı toplardan atəşlər açıldı. Azərbaycan müstəqilliyini itirdi və işğal olundu. Və dərhal da əsas strateji obyekt hesab olunan Azneft rəhbəriyinə Aleksandr Pavloviç Serebrovski gətirildi. Elə həmin gündən etibarən Serebrovski neftdən gələn gəlirlərdən yerli əhaliyə 1 rublda olsun pul ayrmadı. 1922-ci ildən başlayaraq Bakıda və digər regionlarda xalq aclıqla üzləşdi. Nəriman Nərimanov xalqın acınacaqlı vəziyyətilə bağlı 4 dəfə Ulyanov Leninə bu barədə teleqramlar göndərərək Serebrovskiyə neftədn gələn gəlirlərin ərzaq üçün cüzi hissəsinin ayrılmasını xahiş edir. Və bütün müraciətləri cavabsız qalır.
11-ci qırmızı ordu 1990-cı ildə Bakıda yenidən 20 Yanvar" qırğını törətdikdiyi zaman, Rusiya Azərbaycan neftinin hər tonu üçün 54 rubl pul ödəyirdi. 1992-ci ildən həmin 11-ci qırmızı ordu birləşmələri erməni terroçularının adı altında Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etmişdir. Və hazırda qırmızı ordu birləşmələri kəşfiyyatın verdiyi məlumatlara əsasən ön cəbhədə dayanmış ermənilərin arxa 2-ci və 3-cü cəbhə xəttində məskunlaşmışlar.
İfadetv.comun araşdırma qrupu
