Bu yüzillikdə okeanların səviyyəsi proqnozlaşdırılandan daha çox qalxacaq.
Bu iddia ilə Sinqapurdakı Nanyansk Texnologiya Universitetinin alimləri çıxış ediblər.
Alimlərin qənaətinə görə, XXI əsrin sonuna qədər okeanların səviyyəsi ən pis halda 1,3 metrə qədər yüksələcək. Bununla belə 200 ildən sonra bu artımın 5,6 metr səviyyəsində olacağı vurğulanıb. Artıma əsas səbəb kimi Arktika və Qrenlandiyadakı buzlaqların əriməsi göstərilib.
