Yeni Müsavatın yazarınnan, Fuad Muradova xanım toqatı.
Fuadın şəhid anasını söyməkliyi...
Hərdən məətəl qalırsan. Elə adama stavka edilir, elə adam bloger sayılır, elə adam müdafiə olnur ki, adam mat qalır! Bilmirsən neynəyəsən!
Xatırlayıram, bizim rayonda Ispəndiyar dayı vardı. Rəhmətlik baş verən hadisəni görüb də söz tapmayanda, çıxılmaz qalanda, zarafata salıb deyirdi ki, bu nədi əə, adamın banlamağı gəlir...
Məqsədi, məramı, amalı bəlli olmayan bu qatmaqarışıq düşüncəli gəncin, Fuad Muradovun, Qazaxlı Alikin oğlunun, şəhid anaları filan yerdə nə ....... deməsinə elə Ispəndiyar dayı dediyi kimi olduq, demək olar hamımız...
Acığa az qalıram o vaxr Fudadın atası haqda deyilənlərə inanım. Qazaxlı Alik meyit alveri edir deyirdilər.
Amma bir də Fuadın qardaşını dinlədim. Biz ailəcə Fuaddan imtina eləmişik deyən qardaşını.
Adam anlayır ki, bu gənc ailənin pis övladıdır. Və bizim mental dəyərlərdə pisi ata bilməmək kimi qaydamız var. Fuadları ata bilmirik deyə, hər addımda başımıza bəla gətirirlər. Bunu onunla bağlı ilk yazımda da qeyd eləmişdim. Yazmışdım ki, bu adam mənəvi-psixoloji travmalıdır. Silahla göstəri yapıb, adamları qorxutması o yana qalsın, adamda dəyərlər sistemi sıradan çıxıb. Və ona elə gəlir ki, siyasi hakimiyyətə sədaqətli olmaq qarşı tərəfi söymək, təhqir eləməkdən keçir. Əslində anlamır ki, dövlətə də, hakimiyyətə də, milli dəyərlərə də ən böyük zərbələedən birini vurur. Dəyərlər sistemini laxladanlara işləyir.
Bu məqamda adam heyrət etməyə bilmir. Düşünürüən ki, bu qafalarda adamları idarə edən, ideologiya quruculuğuna dürtüşdürənlər var bir də. Yəni təbliğatçısı Fuad olanın təsəvvür edirsimizmi özü hansı əqidədə, hansı zehniyyətdədir...
Dövlət və onun başçısı şəhid anasına əyilir, baş əyir, dövlət qurumlarında oturanların bir qrupu, atalara, fuadlata, trans Səbişlərə, manıslara "stavka" edir.
Belənhallarda təkcə Alikin oğlu Fuad yox həm də ona dəstək verən siyasi komanda caza almalıdır, başqa yol yox. Silahla göstəriciyə görə cğza almayan, indi şəhid anası söyür.
Bu millətin dəyərlər sisteminə tüpürməkdir. Dövləti müdadiə eləmək deyil.
Qaldı o ki, etiraza şəhid ailələri niyə çıxır, axı onların hər şeyi var.
Fuad və himayəçiləri bilsin ki, biz vətəndaş cəmiyyəti qurmalıyıq. O cəmiyyətdə haqlı, haqsız hər kəs söz deməlidir. Siz də onu dinləməlisiniz. Sizə səlahiyyəti söy, söydür deyə verməyiblər. Dinlə, nəticə çıxar, məruzə elə, qərarı düzgün izah et və çıxış yolu göstər deyə verilib. Bizə özünü ifadə edən vətəndaş lazım, söyülərək alçaldılan, şəxsiyyəti sındırılan, ələ salınan yox. Və kim ki, Fuad kimi bloger, gənclə buna qarşıdır, millətin dəyərlər sistemini laxladır, ailəsi tərəfindən atıldığı kimi, cəmiyyət və bu dəfə dövlət baba tərəfindən də cəzalandırılmalıdır. Həm də ibrəti aləm olsun deyə, cəzalandırılmalıdır. Şəhid ölməyibn ki, sən, ailəsi tərəfindən atılan biri, onun anasını beşmərtğbəl söyəsən bala...Heç olmasa dədəndən utan...
Jalə Mütəllimova