Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzova yüksək vəzifə verilib.
Bu barədə modern.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
P.Məmmədova qeyd edib ki, S.Təhməzov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin baş direktorunun müavini təyin olunub.
P.S. Bu həmin Xalqa yad "xalq artisisti"dir ki, bu yaxınlarda ARB telekanalı vasitəsilə Elgiz Əkbərin telefonuna verdiyi müsahibədə Azərbaycan xalqını aşağılamış, küçə söyüşüilə təhqir etmişdir. Və belə biabırçı açıqlamsına görə uzun müddət gündəmdə qalmışdır. Elə ona görə də xalqa qarşı sərgilədiyi münasibətin ənamı olaraq əsasən türklərə qarşı aqressiv mövqe tutan məmurlarımız belə qərara gəlmişlər ki, Afaq Bəşirqızını "mükafatlandırmaq"lazımdır. Və təbii ki, xanımın istəyi nəzərə alınaraq onun oğlu Səmrala könlü istədiyi vəzifəni təşkil etmişlər. İndi qalır Xalqımızın Afaq xanımı təbrik etməsi məsləsi.
İfadetv.com
