Abşeron rayonun Aşağı Güzdək qəsəbəsi, ev 3, mən., 6- ünvanda qeydiyyatda olan sürücü, iki məktəbəqədər övlad atası Məmmədov Baxşəli Yədulla oğlu tərəfindən dövlət başçısına və digər orqanlara, eləcə də bir nüsxəsi ifadetv.com saytına ünvanlanan şikayət ərizəsində vətəndaş şərlənərək işlədiyi SOBSAN "Rəmzi" MMC-dən qovulduğunu bildirir və ədalətsizliyin aradan qaldırılması üçün kömək istəyir. Vətəndaşın şikayətini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Cənab Prezident mən 2019-cu ilin iyulun 2-dən SOBSAN şirkətinin “Rəmzi” MMC-də sürücü kimi işləmişəm. bu 1 il ərzində heç vaxt problem olmayıb, xəbərdrlıq belə almamışam.İndi isə zavod müdiri olan Zöhrab müəllimin göstərişi əsasında məni əsassız olaraq işdən çıxarıblar. Bəhanə də edirlər ki, guya mən Bakının mərkəzində idarə etdiyim maşını yüksək sürətlə sürmüşəmmiş. Qeyd edim ki. bu ağ yalandır. Onlar bu barədə mənə hər hansı bir sübut radar və ya kamera görüntüsü təqdim etmirlər.Onlar məni Prezidentin tapşırığına qarşı çıxaraq bu pandemiya dövründə səbəbsiz işdən azad edirlər.Və indi də məcbur edirlər ki, gəlib öz xahişimlə ərizəmi yazım. Onlar mənə kompensasiya və ya son hesablaşma da vermirlər. Əksinə hər gün zəng edib hədə-qorxu gəlirlər ki, əgər gəlib ərizə yazmasan hüquqşunas səni statyayla işdən qovacaq və əmək kitabçana qeyd edəcək ki, səni heç yerdə işə götürməsinlər.Rəmzi MMC işdən çıxarmaqlarıilə bağlı heç bir ödəniş və ya kompensasiya vermir. Və iyunun 3-dən məni qanunsuz işdən çıxarıblar. Hazırda öhdəmdə məktəbəgetməyən iki azyaşlı körpə var, Banka da kreditim var. Xahiş edirəm mənə düşən kompensasiyanı ödəsinlər ki, iş tapana kimi evdə kiçik uşaqlar ac qalmasınlar. Sağ olun.
