Son vaxtlar Azərbaycanda koronovirusun atan dinamika ilə hərəkəti Səhiyyə naziri cənab Oktay Şirəliyevi əmməlli başlı həyəcanlandırıb. Belə ki, qardaş ölkələrin ( Türkiyə və Pakistan) səhiyyə nazirlərinin hər gün pandemiya əleyhinə apardıqları qızğın fəaliyyətləri, eləcə də ictimaiyyət qarşısındakı gündəlik hesabat xarakterli çıxışlarından sonra nazir O.Şirəliyev də özündə cürət tapıb Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərəgaha gələrək yerli ictimaiyyət üçün ürək sözlərini söyləmək istəmişdir. Lakin dünən verilən rəsmi məlumatdan məlum olmuşdur ki, Pakistan Respublikasnın səhiyyə naziri koronovirus xəstəliyinə tutulmuşdur. Elə ona görə də nazirimiz O. Şirəliyev koronovirus qorxusundan ictimaiyyət qarşısına çıxmaqdan birdəfəlik imtina etmişdir. Baxmayaraq ki. o ömründə bircə dəfə də olsun dilinə spirtli içki virmamışdır, əgər viskini nəzərə almasaq.
P.S. Bu minvalla yəqin bizlər nazir O.Şirəliyevi indidən sonra heç vaxt TV-lərdə də görə bilməyəcəyik. Qüsura batmayın!
