Abşeron rayonu, Aşağı Güzdək qəsəbə sakini, URAL sürücüsü Əsədov Abı Əsəd oğlu Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri cənab Samir niriyevə və digər aidiyyatı üzrə direktiv orqan rəhərlərinə və KİV rəhbərlərinə Binəqədi RPİ-nin 40-cı PB-nin PPX və zabitlərinin özbaşnalıqlarından şikayət vermişdir. Şikayətdən göründüyü kimi şikayətçi vətəndaş bəslədiyi mal-qarasının ot-yem məhsulu ilə təchiz etməsi, bir sözlə, kənd təssərrüfatı məhsulu istehsl etməsi üçün indiki pamdemiya dövründə dövlətin ona yaratdığı bütün şəraitlərdən istifadə etməsinə rəğmən Post Patrul Xidməti əməkdaşları tərəfindən təzyiq və təhdidlərə məruz qalması və karantin qaydalarını pozmaq adı altında 200 manat pulunu mənimsəmələri nə müsəlmançılığa, nə insanlığa, nə də qanunvericiliyə uyğun deyildir. Məslənin aktuallığını nəzərə alaraq şikayəti olduğu kimi təqdim edirik:
Biz, iki yük maşınıilə iyulun 18-dən Abşeron rayonun Aşağ Güzdək qəsəbəsindən İsmayıllı rayonun İvanovka kəndinə mal-qaramız üçün saman-press gətirmək üçün getmişdik.İyulun 20-də təxminən axşam 4-5 radələrində Müşviq qəsəbə ərazisinə çatanda mənim otla yüklü URAL maşınım xarab oldu.Çlingər tapmadığımdan açarlar üçün evə gəldim. Bu zaman Post Patrul Xidməti maşını yaxınlaşaraq mənim oğlumu və o biri maşının sürücüsünü Binəqədi RPİ_nin 40-cı PB-nə zorla aparıblar ki, siz kaeantin qaydalarını pozmusunuz. Bu barədə mənə axşam 10-30-da məlumat verdilər. Mən də PB-nin qarşısına gəliboğlumu gördüm. Üzü çox qızarmışdı.oruşdum nə olub? Oğlum Əsədov Sadiq dedi ki, PPX polisləri mən maşında olanda yaxınlaşaraq birinci telefonumu zorla aldılar və mənim boynumu qoltuq altına alaraq bərk sıxıb arxadan dizilə təpikurub PPX maşınına basıb aprdılar. Polislər oğluma və o biri maşınn sürücüsünə cərimə yazıblar. Hər üçümüzn cərimə kağızlarını götürüb Müşviq qəsəbəsindəki maşının yanına gəldik. Bu zaman polislər yenidən PPX maşınıilə gəldilər ki, size rəis çağırır. Biz yenidən PB-nə gəldik. Dedilər ki, siz indi bizə ən azı 200 manat pulu verməlisiniz ki, buraxaq. Mən 102 xidmətinə müraciət etim ki, bizə köməklik etsinlər. Sonra evə, yoldaşıma zəng etim ki, 200 mant tpıb göndərsin. Polislər mənə dedilər ki, yenidən 102-yə zəng et ki, şikayətim yoxdur. Pulu alıb bizi buraxdılar. İndi mən bilmirəm qonşulardan borc alınan 200 manat pulu ödəyim, yoxsa maşınımı düzəltdirim? Mən Sizlərdən çox xahiş edirəm ki, Binəqədi polislərinin aldıqları 200 mant pulu geri qaytarsınlar. Ki. maşınımı təmir edib, yükü evimə çatdırım. Binəqədi polis zabitləri utanmadan deyirlər ki, pul yığmaq yuxarıların göstərişidir. Axı biz yük maşımımızla saxladığımız mal-qaraya ot gətirirdik. Buna da iczə verirlər. Bakı şəhərinin kənarındakı karantin postlarında bizim maşınlara ayrıc yol ayırıblar ki, rahat işləyək. Bu ciddi yoxlanışlı postlarda bizə deyən olmur ki., siz karantin vaxtı bu ot preslərini hara aparırsınız? Mən 1-ci dəfə görürəm ki, Şamaxı-Bakı magistral yolunda polisin PPX maşını yük maşınının sürücüsünü boynunu sıxaraq zorla polis şöbəsinə aparıb 200 manat alıb sonra gecə ikinin yarsında evinə buraxsın. Bu özbaşnalığın adı nədir?
