Azərbaycanda elə ailələr var ki, bir neçə üzvü eyni sahədə çalışır, yüksək səlahiyyət sahibidirlər və kifayət qədər də məşhurdurlar. Bizimxeber.az "BakuPost"a istinadən xəbər verir ki, onlardan biri Nəcəfovlar ailəsidir. Bu ailənin 3 oğlu diplomatiya sahəsində sürətlə irəliləyirlər.
Onlardan Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycanın Rumıniyada səfiridir. O, 1985-1992 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, ixtisasca tarixçidir. Müxtəqillik illərində yenidən Moskvaya gedərək Rusiya Diplomatik Akademiyasında kurs keçib.
O, 1995-1998–ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-2010-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Ümumi Katibliyinin rəisi olub. 2015-ci ildə Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində baş konsulu təyin olunub. 2018-ci ildən isə Azərbaycanın Rumıniyada səfiri postunu tutur.
Digər qardaş Murad Nizami oğlu Nəcəfbəyli isə Azərbaycanın Estoniyada səfiridir. O, bundan əvvəl Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri olub. O da digər qardaşı kimi ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Digər qardaş, Eldar Nizami oğlu Nəcəfov isə Azərbaycan Xarici İşlər Nazirliyinin Avrasiya İdarəsinin rəis müavinidir.
P.S. Xatırladaq ki, belə rüsavayçı olayla biz hələ 2008-ci ildə rstlaşmışdıq. Belə ki, Prezidentin Hərbi məslələr üzrə köməkçisi olmuş general-polkovnik Vahid Əliyevin bir qardaşı general rütbəsilə DİN-də Daxili qoşunların komandan müavini, digər qardaşı Vidadi əliyev isə Naxçıvan MR-nın Fövqəladə Hallar naziri kimi general rütbəsi daşıyırdı. Cənab Vahid əliyev 2008-ci ildə Dövlət Sərhəd Xidmətinin Hospitalının baş həkimi işləyən tibb xidməti polkovniki olan bacısına da general rütbəsi verilməsi üçün Prezident İlham əliyevə təqdimat vermişdir. Biz bu məsələnin heç də yaxşı hal olmadığını, dünya tarixində belə bir ailədən 4 nəfərin general rütbəsi daşıdığına rast gəlinmədiyini və qardaşlardan birinin könlündən Sürət Hüseynov olmaq keçərsə vəziyyətin pisləşəcəyini bildirmişdik. Sağ olsun cənab prezidenti ki, müraciətimizə dərhal reaksiya vermiş və Vahid Əliyevin təqdimatını imzalamaqdan imtina etməklə yanaşı 2008-2011-ci illər ərzində Azərbaycan ordusunda heç kimə general rütbəsi verməmişdir. İndi də Azərbaycan XİN-də baş verən belə bir rüsvayçılıqla rastlaşırıq. Bizi dünyaya güldürən bu binəvalara Allah bir az ağıl versin deyirik.
