Bərdəyə raketlərin atılma anı ilə bağlı şəhərin müxtəlif yerlərində çəkilən çoxlu sayda videoları izlədim. Mənə təəccüblü gələn əhalinin həmin vəziyyətlə bağlı maarifləndirilməsinin zəifliyi, bəlkə də heç olmamasıdır.
Kim hara gəldi kor-koranə qaçır. Bundan əlavə, həmin anda həyacan siqnalının verildiyini, əhaliyə bombalardan qorunmaq üçün xüsusi sığınacaqlara getməklə bağlı çağrışları eşitmədik.
Teref.az yazır ki, bunu "Azinforeum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli yazır. Daha sonra jurnalist öz müşahidələrini oxucularla bölüşərək yazır:
Mənzərədən belə qənaətə həldik ki, son dönəmlər tikilən ticarət və ictimai iaşə obyektlərində sığınacaqla bağlı tələbə ümumiyyətlə riayət edilməyib.
Bərdə döyüş bölgəsinə yaxın şəhərdi. Bu amillər mütləq nəzərə alınmalıydı. Bunu etməli olan qurum Fövqəladə Hallar Nazirliyidir.
Onun Mülki Müdafiə qurumunun səlahiyyətinə birbaşa aid olan məsələdir. Həmin qurumun Bərdədəki fəaliyyəti yalnız tam yanan maşını söndürməkdə göründü.
Bu, bəs etmir. Sığınacaqlar, həyacan siqnalı və əhalinin həmin vəziyyətdə necə davranmalı olmalarına dair maarifləndirmə işləri ilə bağlı məsələləri həll etmək lazımdlr!
Teref.az yazır ki, bütün yuxarıda adı çəkilən çatışmamazlıqlara FHN Bərdə rayon şöbəsindən başqa bir başa Bərdə rayon İcra Hakimiyyətidə cavabdehlik daşıyır. Ən azından Bərdənin döyüş bölgəsinə yaxın olduğunu nəzərə alaraq Bərdə rayon İcra Hakimiyyətinin bütün bu işlərə nəzarət etməli idi.
Adları çəkilən qurumların mövqeyinidə işıqlandırmağa hazırıq!
Teref.az
