Rusiya vətəndaşları bu və ya digər səbəbdən Dağlıq Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə gedir.
İfadetv.com Trend-ə istinadla xəbər verir ki, bunu Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev öz “Telegram” kanalında yazıb.
O, bu cür muzdlulardan birini şəxsən tanıdığını da deyib.
Jurnalistin sözlərinə görə, həmin şəxs erməniləri “ideya baxımından dəstəklədiyinə” onların tərəfindən döyüşməyə gedib. Bununla belə, o, öz xidmətləri üçün aylıq 1 500 dollar tələb edir.
Qeyd edək ki, daha əvvəl Ermənistan tərəfindən PKK, ASALA və digər terror təşkilatının silahlıların döyüşməsi barədə məlumatlar yayılıb.
P.S. Məlumat üçün onu da əlavə edək ki, Rusiyada yaşayan həmyerlilərimizin məlumatına görə belə muzdluların əksəriyyəti hərbi hissələrdə çalışan praporşiklərdir ki, onların əməkhaqqı saxlanılmaqla aylıq 1500 dollar ödəniləcəyi bildirilir. Belə təklifə qoşulanların sayı təəssflər olsin ki, çoxdur.
