Dekabrın 10-da keçirilən Zəfər paradı hər bir azərbaycanlının qürur hissi ilə izlədiyi təntənəli, illərdir arzulanan möhtəşəm tədbir kimi tarixə düşdü.
İfadetv.com xəbər verir ki, tədbirdə gözdən yayınmayan anlar da olub. Həmin anlar kameraların yaddaşına çevrilib və zaman gəldikcə bu ibrətamiz fotolar bir çox nəşrlərin manşetlərini bəzəyəcək.
Həmin fotolardan biri rusiyapərəst, adı ciddi siyasi qalmaqallarda hallanan Ramiz Mehdiyevə aiddir. O Ramiz Mehdiyevə ki, vaxtilə qılıncının dalı da kəsirdi, qabağı da.
İkinci kadrda isə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov görünür. Fotodan belə aydın olur ki, o, arxasını Ramiz Mehdiyevə çevirməklə öz mövqeyini ortaya qoyur, akademikin mövcud “nüfuzunun” ölçüsünü nümayiş etdirir.Amma digər tərəfdən "Kor Kora kor deməsə, bağrı çatlar" ataar sözü də bu məqamda yada düşür.
Hər iki halda cənab Mehdiyev şad-xürrəm görünmür. Cəmiyyətdə Rusiya sülhməramlılarına yaranan etimadsızlıq fonunda 5-ci kolona ikrah hissi getdikcə artır. Fotonun qəhrəmanı da bunu bilməmiş deyil. Ona görə də əyləşdiyi yerdə təkləndiyi görünüşü simvolik xarakter də daşıyır.
(Konkret.az)
