Dekabrın 17-də, gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığda yerləşən modul tipli xəstəxanasında oksigen stansiyası sıradan çıxdığı bildirilir.
Bu barədə "Toplum TV”yə həmin xəstəxanadan məlumat verilib.
Xəstəxana əməkdaşı bildirib ki, sistemin sıradan çıxması nəticəsində xəstələr oksigensiz qalıb, ölənlər var.
Onun sözlərinə görə, ölənlərin sayı bəlli deyil.
"Xəstəxananın çalışanları gecədən səhərədək sistemi düzəltməyə çalışıblar. Hazırda vəziyyət qaydasındadır”, - deyə o bildirib.
TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış xəstəxananın FHN-in nəzarətində olduğunu əsas gətirərək açıqlama verə bilməyəcəyini deyib.
P.S. Son alınan məlumatlara görə xəstəxanada 50-55 nəfərə yaxın xəstə vəfat etmişdir. güman edirik ki, bununla bağlı ölkə ərazisində 1 günlük matəm elan oluna bilər.
