Nəqliyyat, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin poçt məntəqələrinin tikintisi və təmirinə 2005-2015-ci illəri əhatə edən dövrü üçün ayrılan vəsaitlərin necə xərclənməsilə bağlı apardğımız araşdırmalaradan sonra 16 dekabr 2020-ci il tarixli sayımızda http://ifadetv.com/2119-qenber-beybalayev-tek-bir-emeliyyatda-200-milyon-manat-qazanib-arasdrma.html "Qənbər Bəybalayev tək bir əməliyyatda 200 milyon manat qazanıb. ARAŞDIRMA” məqaləmizdə yazılır:
“... Azərpoçt" şefi Q.Bəybalayev 2005-2015-ci illər ərzində Azərbaycanın bütün bölgələrində inşa etdirdiyi altı güşəli formada inşa etdirdiyi və maya dəyəri 10-12000 manata başa gələn 3000-ə yaxın poçt məntəqəsinin hər biri üçün dövlət büdcəsindən nə az, nə çox 75000 manat vəsait ayrılmasına nail olmuşdur. Və təkcə bir epizod üzrə - məntəqə tikintisindən əldə etdiyi gəlir 200 milyon manata yaxın olmuşdur. Məsələ bununla bitmir. Məlumdur ki, Q.Bəybalayev əslən yəhudilərin ən çox yaşadığı Quba rayonundadır. Və nəyə görə poçt məntəqələrinin də hamısının “yevrey simvolu” kimi xarakterizə edilən 6 guşəli formada inşa edilməsi hələlik başa düşülən deyil...”

Ağsu rayonun Kalva kəndində 68000 manat tikilmiş poşt məntəqəsinin ön hissəsi
Araşdırmanın davamı olaraq 16 yanvar 2021-ci il tarixli sayımızda http://ifadetv.com/2242-qenber-beybalayevn-qudas-elahet-rehmovun-kurekenlernn-75000-azn-e-tkdy-poct-bnas-qezal-vezyyete-dusdu-arasdirma.html
“QƏNBƏR BƏYBALAYEVİN QUDASI ELAHƏT RƏHİMOVUN KÜRƏKƏNLƏRİNİN 75000 AZN-ə TİKDİYİ POÇT BİNASI QƏZALI VƏZİYYƏTƏ DÜŞDÜ"- başlıqlı araşdırma məqaləmizdə isə qeyd edilir:
“Bu yaxın günlərdə Ağsu rayonun Kalva kəndində yaşayan oxucularımız tərəfindən redaksiyamıza təqdim edilən foto şəkillərdən və məlumatlardan aydın olmuşdur ki, dəyəri 75000 manata smetası olan belə 6 bucaqlı poçt məntəqəsindən biri də 2010-cu ildə Kalva kəndində inşa olunsa da 2017-ci ildən tək mişar daşıilə tikilmiş bu balaca poçt məntəqəsi arxa tərəfdən yağış suları nəticəsində çöl və iç divar üzü qopub tökülmüşdür. Sakinlər onu da bildirilər ki, dəyəri 5-6 min manat belə olmayan belə məntəqənin tikintisi “Azərpoçt” DM-nin baş direktoru olmuş məhkum Qənbər Bəybalayevin qudası və hal hazırda da RİTNN-nin Dövlət Radiotezliklər İdarəsinin rəis müavini, əslən Kalva kəndindən olan Rəhimov Elahət Məhəmməd oğlunun xahişi əsasında yeznələri Nurəddin və Oraz adlı birisi tərəfindən tikilib istifadəyə verilmişdir. Hazırda Q.Bəybalayevin naşı qohumları tərəfindən heç bir tikinti norma və qaydalarına əməl olunmadan tikilmiş keyfiyyətsiz binada poçt əməliyyatçıları iş apara bilmədiklərindən onları təxliyyə edərək yerli İcra Hakimiyyətinin inzibati binasında bir otağa köçürmüşlər. Elə indi də yerli hüquq-mühafizə orqanlarından və ya Rabitə və Nəqliyyat Nazirliyindən bir maraqlanan yoxdur ki, dövlətin ayırdığı külli-miqdarda vəsait hesabına tikilmiş bina niyə 9 ildən sonra tam yarasız vəziyyətə düşdü? “.

Ağsu rayonun Kalva kəndində 68000 manat tikilmiş poşt məntəqəsinin arxa hissəsi