Xatırladaq ki, 2020-ci ilin martın 11-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Oğuz və Qəbələ rayonlarında meşələrdə uzun müddət qiymətli ağacları kəsən mütəşəkkil dəstəni ifşa edilmişdir. Belə ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlərinə əsasən DİN və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirmiş və qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür.
Sağda İlqar Qəribov və dəstəsi kədikləri maddi sübut olan 200 illik ağaclarl birlikdə
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.
Araşdırmalarla məlum olmuşdur ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olmuşlar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunaraq istintaqa təhvil verilmişdir..
ETSN-nin "Meşə qulduru" İlqar Qəribovun ifşa edilərək həbs edilməsi
Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdür.Eyni zamanda, dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilmişdir.
Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da məlum olub.
İlqar Qəribovun dəstə üzvləri barəsində cinayət məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlananılaraq istintaq aparılmış və iş materialları 2021-ci ilin əvvəlindən cinayət işinə hüquqi qiymətin verilməsi üçün Şəki Ağır Cinayələr Məhkəməsinə göndərilmişdir.
Maddənin sanksiyasında göstərilir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İlqar Qəribovun seyfindən çıxan 3-4 günün "qazancı"
Hazırda Şəki Ağır Cinayələr Məhkəməsində İlqar Qəribovun dəstəsinin cinayət işi üzrə məhkəmə istintaqı 6 aydan çoxdur ki. davam edir. Bu prosesə sədrlik edən hakim Rəşid Hüseynovun 1 ay ömcə qəfil vəfatından sonra işin icraatı Şəki Ağır Cinayələr Məhkəməsinin sədri cənab Rəşad Əliyevə həvalə edilmişdir. Verilən məlumata görə sonuncu məhkəmə prosesi mayın 20-də baş tutmuş və dəvət edilmiş 11 şahiddən yalnız bir neçəsinə işin mahiyyətinə aid olmayan təsirsiz suallar verilmişdir. Müstəqil müşahidəçilərin qənaətinə görə hakim və dövlət ittihamçısı açıq-aşkar məhkəmə çəkişməsi zamanı günahlndırılan şəxslərə qarşı ittiham aktında qeyd edilənlərlə bağlı çox sorğu-suala yer vermir. Əksinə, təqsirləndililən şəxslərin vəkillərinə tam imkan verilir ki, onlar lazım olan sənəd və sübutları toplayıb məhkəməyə təqdim etsin, gen-bol müdafiə çıxışları etsinlər. Digər məlumatlı mənbənin qeyd etdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini cənab Firdövsi Əliyev ETSN-nin birbaşa aidiyyatı strukturlarına şifahi göstəriş vermişdir ki, İlqar Qəribov və dəstəsinə məhkəmə prosesləri üçün tələb edilən və onların xeyrinə olacaq bütün sənəd və sübutlar müzakirə edilmədən təşkil edilsin və dərhal Şəki Ağır Cinayələr Məhkəməsinə göndərilsin. Bu göstərişdən sonra həqiqətən də ilqar Qəribovun azadlığa çıxması üçün lazım olan bütün sənədlər saxtakarlıqla tərtib edilərək möhürlənir və məhkəməyə göndərilir ki, hakimlər kollegiyası İ.Qəribovu və dəstəsini şərti işlə azadlığa çıxara bilsinlər. Digər verilən məlumatda bildirilir ki, bu dəstə üzvlərinin azadlığa çıxması üçün İlqar Qəribov milyonlarla manat vəsait sərf edir və etməkdədir. Sadəcə iş DİN-nin Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Baş prokurorluğun nəzarətində olduğu üçün Şəki Ağır Cinayələr Məhkəməsində risk edib məsələni tezbazar “meşə quldurlarının” xeyrinə həll etmək istəmirlər.
Bəs görəsən İlqar Qəribov azadlığı üçün niyə milyonlarla vəsait xərcləməyə hazırdır? Mənbəbin bildirdiyinə görə İlqar Qəribov ETSN- də işə başlayarkən o əvvəlcə təyinat üzrə Şəki Meşə Təsəsrrüfatı İdarəsinə adi bir mütəxəssi kimi göndərilir. O zaman İ.Qəribov sağ qapısı və qanadı çürüyən, qırmızı rəngli VAZ 21 011 markalı köhnə avtomobili ilə idarəyə gedib gəlirdi. Onun tezliklə karyera yüksəlişinə isə kirvəsi olan Ağaqardaş Qaraşovla tanışlığından və kirvə olduqdan sonra başlanmışdır. Lənkəran rayon İcra hakimiyyəti başçı olan Taleh Qaraşovun qardaşı onu dostu olan nazir müavini Firdövsi əliyevlə də tanış etmiş və İ.Qəribova zəmnt vermişdir. Beləliklə, İ.Qəribov Qəbələ Regional Meşə Təsərrüfatı Məkəzinin direktoru olmaqla yanaşı nazir müavini tərəfindən ona külli-ixtiyar da verilir. Belə ki, Şamaxıdan Balakən rayonuna qədər olan ərazilərdə istər Regionnal Meşə Təsəsrrüfatı, istərsə də Regional Ekologiya İdarə rəisləri və onlara tabe olan idarə rəhbərləri yalnız İ.Qəribovun “dobrosu” ndan sonra nazir müavini F.Əliyev təsdiq edə bilərdi. Və təbii ki, bu zonadan istər Ekoloji. Istəsə də Meşə Təsərrüfatı İdarələrinin əsas gəliri və qazancı cənab İ.Qəribov vasitəsilə onu ETSN-də himayə edənlərə çatdırlılrdı. Təşkil dilmi müxanizmin gecə-gündüz işləməsi nticəsində İ.Qəribovun 27 milyon manat varidata sahib olduğu bildirlir. Gəncə şəhərində 6 ədəd zərgərlik mağazaları, Bakı şəhərində 11 ədəd apteki, Türkiyədə 3 möhtəşəm villası, məşhur “EMBAVUD” mebel fabrikində də kirvəsi Ağaqardaş Qaraşovla birlikdə pay sahibi olması, və s. saysız-hesabsız obyektləri onu deməyə əsas verir ki, bu “qazanılan” milyonları o ETSN-dən aldığı 570 manat əməkhaqqıilə toplaya bilməzdi.Bu adamın 11 mart 2020-ci ildə xidməti otağında cinayət başında yaxalanması və seyfindən çıxan yüz min manat qədər pul əskinasları onu deməyə əsas verir ki, bu “çirkli” pullar idarə rəisinin 3-4 günlük qazancı hesab oluna bilərdi. Hər halda, hesab edirik ki, bu günkü Azərbaycan reallığında təbii sərvətlərimizin kütləvi surətdə talanması və satılması nəticəsində uzun illər əldə edilmiş milyonların İlqar Qəribovu və dəstəsinin azadlığa çıxamsı üçün böyük kəməkliyi dəyə bilərdi, amma ortalıqda İsmayıllı rayonun sabiq prokuroru olmuş Ülvi Abbasov faktoru olmasaydı.
İsmayıllı rayon prokuroru Ülvi Abbasovun qəfil həbs edilməsi kimin sifarişi idi?
Bir neçə ay əvvəl İsmayıllı rayonunun sabiq prokuroru, 2018-ci ilin noyabrında vəzifədən sui-istifadədə və rüşvət almaqda təqsirli bilinərək həbs edilən və 9 il müddətinə azadlıqdan məhrum olunan Ülvi Abbasovun barəsində Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrlik etdiyi məhkəmə heyəti tərəfindən bəraət qərarının çıxarılıdığı məlum oldu.
Xatırladaq ki, prokuror həmin vaxt Göyçayda körpünün uçması və çay yatağında qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı aparılan iş çərçivəsində həbs olunmuşdu. Mətbuat və ümumilikdə cəmiyyətimiz nədənsə bu ilginc hadisəyə ciddi diqqət yetirmədi və adekvat reaksiya vermədi. Unutmayaq ki, söhbət İsmayıllı kimi böyük bir rayonun prokurorun, dövlət ittihamçısının həbsindən gedir. Və normalda bu həbs və sonrakı bəraət qərarı hüquq-mühafizə, prokurorluq və məhkəmə sistemi üçün utandırıcı, hətta biabırçı bir hadisə sayılmalıdır. Niyə?
Ülvi Abbasovun həbsi və bəraəti Azərbaycan reallıqları nəzərə alındıqda yalnız iki ssenari üzrə cərəyan edə bilərdi. Birinci ssenariyə görə, prokuror hakimiyyətin yuxarı eşalonlarında kimlərinsə sifarişi əsasında, hansısa kampaniya çərçivəsində, yaxud kimlərinsə xoşuna gəlmədiyi, sifarişini yerinə yetirmədiyi üçün şərlənərək, üzünə yalançı şahidlər qoyularaq, qanunsuz şəkildə həbs olunub. Ardınca da məhkəmə yenə sifariş əsasında qərəzli qərar çıxararaq, prokuroru 9 il kimi böyük müddətə azadlıqdan məhrum edib.
Biz Ü.Abbasovu şəxsən tanımırıq, lakin onu tanıyanların bir çoxu deyir ki, kifayət qədər dürüst və peşəkar kadr olub. Bu mənbələr əmindir ki, Ü.Abbasov məhz şərlənərək həbs olunub. Nə bu deyilənləri, nə də bunun əksini iddia etmədən, sadəcə güman etmək olar ki, bu halda öz günahsızlığına əmin olan və təbii ki, qanunları, hüququ və hüquq-mühafizə sistemini yaxşı tanıyan sabiq prokuror sona qədər mübarizə aparıb və layiq olduğu bəraət qərarına nail olub...
İkinci ssenaridən danışmağa isə ehtiyac görmürük. Çünki bu istiqamətdə apardığımız araşdırmalardan bu nəticəyə gəlirik ki, cənab sabiq prokuror məhz Göyçay körpüsünün uçmasıilə əlaqədar olaraq çay axarında qanunsuz karxana açmış və istifadə etmiş “iş adamları”nı sıxıdırdığına görə ona qarşı qurulmuş “tələ”yə salınmışdır. Mənbənin verdiyi məlumatlrdan belə aydın olur ki, həqiqətən Göyçay rayonunda məlum körpünün uçması hadisəsindən sonra istintaqa cəlb edilən və ekoloji tarazlığın pozulmasına səbəbkar olmuş iki nəfər şəxsin şər-böhtandan ibarət şikayətləri və onları himayə edən İlqar Qəribovun sifarişi əsasında Üvi Abbasov həbs edilmişdir. İndi bizə məlumdur ki, ETSN Qəbbələ regional Meşşə Təsərrüfatı Mərkəzinin direktoru kimlərin himayəsi altında fəaliyyət göstərir və Göyçay çay yatağnda iri qum və çınqıl yataqlarının qanunsuz istismarına icazə vermiş ETSN rəhbərliyinin də qəzəbinə tuş gəlmiş rayon prokurorunun hərəkətləri cəzasız qalmamalı idi və sonda qalmadı da.
Deməli, ya şərlənərək həbs olunub və günahsızlığını sübut edərək, sonradan bəraət ala bilib, Onu da xatırladaq ki, Ülvi Abbasov sıravi polis, məhkəmə, yaxud ədliyyə işçisi deyil, İsmayıllı kimi böyük bir rayonun prokuroru, dövlət ittihamçısı olub. Və əgər bu ölkədə bir rayon prokuroru şərlənərək həbs edilə bilirsə, görün sıravi vətəndaş hansı vəziyyətdədir
O da məlum məsələdir ki, bu ranqdakı dövlət məmurunun istər təyinatı, istər işdən azad olunması, istərsə də xüsusilə həbsi hakimiyyətin yüksək eşalonlarında, ən azından Baş prokuror səviyyəsində qərar verilən hadisədir. Odur ki, Ülvi Abbasovun doğrudan da Z.Qaralovun “xeyir-duası” və hətta sifarişin icrası ilə həbs edilməsi ehtimalını istisna etmək olmaz.
Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev
Bəs bu gün bəraət alaraq azadlığa çıxmış sabiq prokuror sifarişçisi haqqınd nə fikirləşə bilər?
Təbii ki, həbsdə qaldığı ən azı 2 il müddətində təcrübəli prokurorun onu kimin sifarişi əsasında həbs etdirməsini bilməmiş deyil. Və hədəfi də bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində istintaqı aparılan İlqar Qəribovdur. Belə olan halda, İ.Qəribovun külli xərc çəkib şərti azalığa çıxmasının bir mənası ola bilərmi? Və yaxud, İ.Qəribov qəflətən dövlət ittihamçısının protestinə “tuş” gələ bilərmi? Hazırda bizim üçün suallar çoxalır. Amma məlumatlı mənbə onu da bildirir ki, Ülvi Abbasovun həbsinə sifariş verdirən İ.Qəribovun hələlik sabiq prokurorun bəraət almasından, Ü.Abbasovun onu bir düşmən kimi nişangah altında sxlamasından və bizə də məlum olmayan digər planlarından xəbəri yoxdur. Olsa, nə azadlığı üçün nazir müavini cənab F.Əliyevə, nə kirvəsinin qardaşı Taleh Qaraşovun Baş Prokurorluqda olan himayədarlarının dövlət ittihamçısınnı “neytrallaşdırmq” istiqamətində apardığı işlərin boşuna gedəcəyinə görə onlara əziyyət veməzdi. Nə də əsas amil olan külli-miqdarda pulunu xərcləməzdi. Hələlik bizə o məlumdur ki, cənab Ü.Abbasov Şəki Ağır Cinayətlər Məhkəməsində İ.Abbasovun dəstəsinin işilə bağlı məhkəmə prosesləeində baş verən və verməkdə davam edən məzhəkələri yaxından izləməkdədir. Elə bizim də araşdırma qrupumuz da.
Məhkəmə proseslərində baş verən şoularla bağlı məlumatlar almaq üçün bizi izləyin
İFADETV.COM-un araşdırma qrupu
