“Limit 2200 kubmetrdən 1200 kubmetrədək endirilib”.
Gununsesi.info xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
R.Əliyevin sözlərinə görə, bu, ümumi abonentlərin 51 faizini əhatə edəcək:“Bizim 2020-ci il və son 5 ayın araşdırmasına görə, dəyişiklik
abonentlərin 51 faizini təşkil edəcək. Hazırda 2 milyon 400 min abonentdən 1 milyon 300 minə yaxını qazın 1 kubmetrini 10 qəpikdən istifadə edə biləcək”.
Baş direktor deyib ki, qazın 1200 kubmetrədək qiyməti 10 qəpikdən hesablanacaq. 1200-2500 kubmetr aralığında işlədilən qazın 1 kubmetri 20 qəpik, 2500 kubmetrdən yuxarı hissəsi üçün 25 qəpik müəyyənləşdirilib.
