Kərbalayi İsmayıl demişkən, “Mən bu kolxoz -kolxoz oyununa qoşulan deyiləm”. Həqiqətən də kişi axıracan sözünün üstündə durdu və kolxoz oyununa qoşulmadı.Bəli o bir Azərbaycanlı türkü kimi düz elədi, kolxoz oyununa qoşulmadı. Və Abasqulu bəyin şərəfinə evində açılmış süfrə arxasında oturanda haqlı olaraq qonağına təklif etdi ki, “düşmən də olsaq, çörəyimz halaldır, di çörək kəsin!”. Bu sözü deməyə onun ən azı haqqı çatırd. Çünki, bir sahibkar kimi min bir əziyyətlə yetişdirdiyi buğdanın çörəyini süfrəyə qoymuşdu. Bəli, rəhmətlik Kərbəlayi İsmayıl dövründən fərqli olaraq Şura hökümətindən bizlərə miras qalmış kolxoz oyunbazlığı çox təəssüflər olsun ki, indiki dövrümüzdə ən çox dövlət və qismən də dövlətin yardım etdiyi özəl sektorlarda davam etməkdədir. Yoxsa ki, nə olmuşdu ki, dünənə qədər( 1993-cü ilə qədər) 50 qəpik çaypulu verməyə cibində pulu olmayan riyaziyyat müəllimi, sabiq nazir Əli Nağıyev kimi, Buzovna qəsəbəsində avtotəmir sexi açdırıb, cırıq sırıqlı ilə vagəl edən sabiq nazir Ziya Məmmədov kimi, işə icarəyə götürüb gəldiyi köhnə “NİSSAN Patphander”I olan ATV-nin sədri olmuş Vüqar Qaradağlının, kasıb həyat tərzi keçirən “LiderTV-nin şefi olmuş Ədalət Əliyev (əgər Ədalət müəllimin malikanəsinin döşəmə hissəsinin kənarına vurulan taxta plintusun 1 metrəsinə görə Belçikadan sifariş verilirsə, Space TV-nin uzunmüddətli şefi olmuş, özündən razı Vaqif Mustafayev əgər büdcəsinə ayrılmış bütün pulları əhəmiyyətsiz bir “Anaya” serialına sərf edib, mühafizəşilərin əməkhaqqını 5-6 ay vermirsə, AzTV-nin əvvəlki şefi hesab edilən Arif Alışanovun Şamaxıda malik olduğu və dəyəri milyonlarla manat ölçülən obyektlərinə rəğmən bu gün hesab etməliyik ki, qurulan bu sistemdə dövlət büdcəsindən ayrılan milyonlar belə bir müəssisələrdə kolxoz sistemilə dağıdılır, mənimsənilir və şeflər tez bir zamanda oliqarxlara çevrilir.Bəli bu gün belə “yağlı” obyektlərə “kolxoz sədrləri” təyin olunduqdan sonra, qısa zaman kəsiyində onların hansı varidata sahib olduqları Azərbaycanda kimsəyə sirr deyil. Budur indi də elə götürək AzTV-nin indiki şefinin qısa müddətdə sahib olduğu varidata nəzər yetirdikdə kifayət edər ki, Kərbalay İsmayılın əlindən alınmış varidatından ( arabası, torpağı, evi, buğdası) min dəflərlə çoxdur.Elə ona görə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı, daha doğrusu, sədr Rövşən Məmmədovdan narazılıqlar bitmək bilmir. İndi də işçilər əməkhaqqlarının kəsiləcəyindən narahatdırlar. Niyəsinin səbəbi barədə AzTV-nin bir neçə əməkdaşı məlumat verib. İşlərini itirə biləcəklərindən ehtiyat etdikləri üçün adlarının açıqlanmasını istəməyən əməkdaşların dediklərinə görə, son yoxlamalardan sonra QSC-də aşkarlanmış 9 milyon manat büdcə əskikləri onların əməkhaqqları ilə kompensasiya olunacaq.
Bu xəbər hər birimizin əhvalını təlx edib. Nə maaş alırıq ki, hələ bir onu kəssinlər də. Aylıq maaşa baxan adamlarıq, aramızda krediti, ipotekası, banka borcu olanlar var, maaşımız kəsilərsə, vəziyyət çox acınacaqlı olacaq” – deyə şikayətçilər bildirib .
AYRILAN BÜDCƏ VƏSAİTLƏRİ HARA və NECƏ XƏRCLƏNDİ?
Verilən məlumatdan aydın olur ki, AZTV-də baş redaktor vəzifəsinə təyin edilmiş Nazilə Babayeva özünün 6 layihəsini bu televiziyaya təqdim etmişdir. Hər layihənin 1 operatoru var Və hər operatorun bank kartına hər həftə 20000-30000 manat olmaqla pullar köçürülür. Yəni hər br operatora hər ay orta hesabla 80000-110000 manat köçürmə edilirsə, o zaman 6 operatorun kartına yüklənən və mənimsənilən milyonlar haqqında təsəvvür formalaşa bilər.
Aztv-nin büdcəsinə əsas reklam xidmətindən də çox vəsaitlər daxil olması nəzərdə tutulur. Reklam şöbəsinin müdiri Süleyman adlı birisidir. Lakin deyilənə görə reklamdan daxiln olan milyonlarla vəsaitin AZTV-nin büdcəsinə deyil, xüsusi qara kassaya daxil olur və mənimsənilir.
AzTV-nin İctimai-siyasi şöbəsinin müdiri Sərvər adlı və əslən Beyləqandan olan işçisidir. Verilən məlumatda o da qeyd edilir ki, bu studiyaya dəvət edilən hər bir vəzifəli şəxs müsahibə verdikdən sonra təklif edilir ki, bəs 10-15 min manat pulu bu s tudiyanın hesabına köçürmək lazımdır. Təbii ki, vəzifəsindən ehtiyat edən vəzifəli şəxslər təklif edilən rəqəmlərin pulunu ödəmək məcburiyyətində qalırlar. Elə ona görə də cənab Sərvər əfəndi Beyləqanda özünə böyük bir mal-qoyun ferması yaradıb bizneslə də məşğul olur.
Ranar adlı əməkdaş da Aztv-nin bədii rəhbəri vəzifəsində çalışdığı bildirlir. Bu adam da istəyir ki, AzTV-də yaranan 9 milyon manat borcu əməkdaşların əməkhaqqından tutulma işini yerinə yetirməklə məsləni ört-basdır etsin.
Nəticədə məlum olur ki, AzTV şefi hesab edilən Rövşən Məmmədov işlədiyi qısa müddət ərzində Prezident Aparatının yaxınlığında özünə möhtəşəm bir mənzil almışdır. Xüsusi istirahət üçün Novxanı kəndində 250 min manata əzəmətli malikanə almışdır. O bu arada anasını və həyat yoldaşınıda yaddan çıxarmamış və anasına Sumqayıt şəhərində 1 bahalı ev, həyat yoldaşına isə dəyəri 130000 manat olan xarici markalı avtomobil alıb hədiyyə etmişdir. Amma bu arada Rövşən müəllim nədənsə xalasına hədiyyə etməyi yaddan çıxarıb.
Bəli, “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr Rövşən Məmmədovun özbaşınalığı davam etməkdədir. Baxmayaraq ki, üç aydan çox bir müddətdə maliyyə yoxlamaları aparılaraq, deyilənə görə, çox ciddi pozuntular aşkar edilib, amma hələki rəsmi açıqlama olmayıb. Ona görə də qeyri-müəyyənlik davam edir. Yəqin Rövşən də bu qeyri-müəyyənlikdən istifadə edərək AzTV-də kolxoz sədrliyini davam edir. Rəhmətlik Kərbalayi İsmayılın dediyi kimi, “Davam edir kolxoz oyunu, daha möhkəm, daha möhtəşəm.”
P.S. Məsələ ilə bağlı qarşı tərəfin cavabını da yayımlamağa hazırıq.
İFADETV-nin araşdırma qrupu