“Azərpoçt” MMC-nin 6 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi "qazandığı" pulları kimlərə ötürməyib ki, indid də cəzalanır?
APA-nın əldə etdiyi məlumata görə, şöbə rəisi Əhmədov Eldar Camal oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci ( mıənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
E. Əhmədov barəsində aparılan ibtidai istintaq başa çatıdılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.
Apardığımız araşdırmalar zamanı "Azərpoçtda" və digər strukturlarda baş verən külli-miqdarda maliyyə maxenasiyaları barədə isə nazirlik rəsmiləri susmağa üstünlük verir. Amma görünən budur ki, bu qədər mənimsənilən milyonların qarşılığında adi bir şöbə rəisinin oğurladığı bir neçə min manata görə dərhal cəzalandırlıması suallar doğurur. Bu nazirlikdə illər uzunu mənmsənilən milyonlarla pullar və ört-basdır edilməsi barədə silsiləaraşdırma yazılarımız olacaqdır.
İfadetv.com-un araşdırma qrupu
