Bu barədə Dövlət Neft Fondunun açıqlamasında bildirilir.
“Cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib. Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və qaydaları çərçivəsində həyata keçirilib və ötən gün yekunlaşıb”.
Qeyd edək ki, son aylar Türkiyə milli valyutası-lirə kəskin dəyər itirir. Təkcə son üç ayda ABŞ dollarına nisbətən lirə 50 faiz civarında dəyər itirib.
2022-ci il yanvarın 1-nə olan məlumata görə, ARDNF-nin aktivləri 45 milyard 25.1 milyon ABŞ dollarına bərabər olub
İfadetv.com
