Bu barədə məlumatı Türkiyənin “Star” nəşri yayıb. Litva vətəndaşları Ukrayna dövlətinə “Bayraktar TB2” dronu almaq üçün vəsait toplamağa başlayıblar. “Bayraktar” dronlarının alınması üçün xeyriyyə kampaniyası jurnalist Andrius Tapinasın təşəbbüsü ilə başlanıb. Tapinas deyib: “Bəlkə də tarixdə birinci dəfədir ki, bir ölkənin vətəndaşları bu qədər ağır silahları başqa bir ölkəyə bağışlayırlar”.
Jurnalist xeyriyyə kampaniyası üçün pul toplanmasına Litva və Türkiyə müdafiə nazirliklərinin “yaşıl işıq yandırdıqlarını”, PUA-nı istehsal edən “Baykar” şirkətinin də buna razılıq verdiyini söyləyib.
“Bayraktar TB2” Ukrayna ordusu tərəfindən bir çox cəbhədə Rusiya təcavüzünə qarşı fəal istifadə edilir. İlan adasında da Rusiya hərbçilərinə “Bayraktar” dronundan zərbələr endirilib.
Litvalı jurnalist “Tapinas” deyib: “Bayraktar” Rusiya ordusunun qatilidir. Yüksək dəqiqlikli lazerlə idarə olunan bombalarla və tankəleyhinə uzun mənzilli raketlər daşıyan pilotsuz taktiki təyyarə. Ukraynadakı müharibədə türk flaqmanları Rusiya komandanlıqlarını, tanklarını və raketlərini məhv etdilər”.
İndiyə qədər toplanan vəsaitin məbləği 1 485 milyon avroya çatıb. Kampaniya üçün dəqiqədə 1 150 avro vəsait bağışlanır. Cəmi 8 saat ərzində 1 milyon avrodan artıq pul toplanıb.
Litva xalqı müharibə başlananda Ukraynaya dəstək üçün 330 min avro toplamışdı və bu pul ilə Estoniya PUA-ları Ukraynaya təslim edildi. Bu dronlara “Maglya1” və “Maglya 2” adları verilib. “Maglya” adı Litva mifologiyasında ölüm rəmzidir.
