Xəbər verildiyi kimi, Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası üzrə işçi komissiyasının ikinci və üçüncü görüşlərinin müvafiq olaraq, Moskva və Brüssel şəhərlərində keçirilməsi planlaşdırılır.
“Sputnik Ermənistan” agentliyinin verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün RF XİN rəhbəri Sergey Lavrovla görüşdə bildirib ki, Bakıdakı erməni hərbçilərinin qaytarılması və Azərbaycanla sərhədin demarkasiyasi və delimitasiyası prosesində İrəvan Moskvanın dəstəyinə ümid edir.
Paşinyan deyib: “Ermənistanla Rusiya strateji tərəfdaş və müttəfiqdirlər, ona görə də, ikitərəfli səfərlərin intensivliyi yüksək olmalıdır. İkitərəfli münasibətlərin gündəliyi geniş və çoxtərəflidir”.
“Komsomolskaya Pravda” qəzetinin görüşlə bağlı verdiyi xəbərin başlığı belədir:“Paşinyan Lavrovdan Azərbaycanla sərhədin müəyyənləşdirilməsində kömək istədi”.
