Azərbaycanın ən böyük siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin rəhbəri olan Elman Cavanşirin atası Feyziyev Bəşir Əyyub oğlu bu gün Şəki rayonun Böyük Dəhnə kəndində qəfil vəfat etmişdir. Xatırladaq ki, Bəşir Feyziyev biznesmen deputat Cavanşir Feyziyevin qardaşıdır.
Məlumat üçün bildirək ki, Bəşir Feyziyevin oğlu Elman Cavanşirin rəhbərlik etdiyi “Tabaterra Leaf” QSC ötən ilin oktyabr ayında təxminən 30 milyon xərcləyərək "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus, Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən "Azərtütün" ASC-nin səhmlərinin 85%-ni satın alıb.
ALLAH RƏHMƏT ELƏYƏ.
İFADETV.COM
