Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada hotellərinin olduğu bildirilir.
İ.Hüseynovun bu hotel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.
Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.
Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin "qara kassa”sı olub. \\Axar.az
P.S. Oxuculara onu da xatırlatmaq istərdik ki, əslən Naxçıvandan olan İsmayıl Hüseynov 2007-ci ilədək DGK-nin Xocasən dairəsində yerləşən avtomobillərin gömrük idarəsində "makler" kimi fəaliyyət göstərib. Və 2 ildən sonra general Əliağa Hüseynovun qardaşı oğlunun yerinə rəis təyin edilmişdir. Vətəndaşlara qarşı mədəniyyətsiz davranışı və kobudluğuna görə fərqlənirdi. Bu şəxsin qəfil olaraq necə ali təhsil alması və necə general olması bizim üçün çox təəccüblüdür.
