Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İəvanda səfərdədir.
Gununsesi.info “news.am” saytına istinadla xəbər verir ki, Ermənistana səfəri çərçivəsində digər Amerika Konqresinin üzvü Frank Pallone ilə birlikdə Amerikanın Ermənistana hərbi dəstək verəcəyini açıqlayıb. Amerika rəsmisi açıqlayıb ki, səfərin məqsədi ölkəsinin Ermənistan və Cənubi Qafqazda “təhlükəsizlik, iqtisadi rifah və demokratik idarəetmə”yə olan dərin istəyini ifadə etməkdir. İrəvanda olan Nansi Pelosi jurnalistlərin suallarını cavablayarkən, Amerikanın hərbi toqquşmaları durdurmaq istədiyini söyləyib.
Amerikalı siyasətçi İrəvana səfəri çərçivəsində təhlükəsizlik və iqtisadiyyat məsələləri ətrafında fikir mübadiləsi aparıb. Xanım Pelosi Ermənistanın Rusiya ilə birlikdə Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü anlayışla qarşıladıqlarını dilə gətirib.
Amerikalı siyasətçinin İrəvandakı görüşləri davam edir. Onun Amerikan Konqres heyəti ilə birlikdə hökumət üzvləri, QHT təmsilçiləri və hərbi vəzifəlilərlə görüşlər keçiriləcəyi bildirilir.
