"Patriot” hava hücumundan müdafiə sistemlərinin ilk partiyası artıq Ukraynadadır”.
İfadetv.com xəbər verir ki, bunu Polşanın müdafiə naziri Marius Blaşak açıqlayıb.
“Polşanın səyləri sayəsində “Patriot” batareyaları və ilk “Leopard” tankları artıq Ukraynaya çatıb” – deyə, nazir İspaniyanın “Razon” qəzetinə müsahibəsində deyib.
Qeyd edək ki, “Patriot” sistemləri ən masir və effektli hava hücumundan müdafiə qurğuları hesab edilir. Ukrayna rəhbərliyi uzun müddətdir müttəfiqlərindən bu sistemlərin verilməsini xahiş edirdi. Xatırladaq ki, Rusiya ordusu Ukrayna şəhərlərini uzaq mənzilli ballistik raketlərlə atəşə tutur.
