Hələ iki il öncə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 37 km-lik hissəsində torpaq yatağının inşası işləri yekunlaşması zamanı ağır cinayət hadisəsi baş vermişdir. Belə ki, Erməni vandalları tərəfindən işğal alında qalan 57 məsciddən yalnız ikisi təsadüf nəticəsində salamat qalan Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidi çox təəssüflər olsun ki, həmin ərazidə yol tikinti işlərinin icrası zamanı 300 illik tarixi olan bu məscid də vəhşicəsinə ağır texnikalaın köməyilə Türkiyə məxsus olan “Polad Yol Yapı” şirkəti tərəfindən dağıdılmışdır.
Baş vermiş hadisə barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.
Məsələ ilə bağlı yerli mətbuata daxil olan məlumata görə Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVlll əsrə aid məscidi ərazidə yol tikintisi ilə məşğul olan Türkiyənin “Polat Yol Yapı San.və Tic. Anonim Şirkəti” tərəfindən sökülmüşdür. Doğrusu, Türkiyə Cumhuriyyəti adından ölkəmişzdə geniş layihələr həyəta keçirən bu şirkətə türk millətindən olan ( əslində dəqiq bilinmir ki, rəhbərliyin hansı millətin nümayəndəsidir) şəxslərin rəhbərlik etməsinə bizdə ciddi şübhələr yaratdı. Yəni, ən azından müsəlman dövlətini təmsil edən bir şirkət tərəfindən qədim məscidin ağına-bozuna baxmadan dağıdılmasını vəhşilik nümunəsi hesab etmək olar.
Maraqlısı budur ki, dövlət başçısı tərəfindən baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıqlar verilsə də, bu günə kimi kimsənin məsuliyyətə cəlb edilməsi barədə bir məlumat yoxdur.
Xatırladaq ki, sözü gedən məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.
Qeyd edək ki, əvvəllər yerli mətbuatda, o cmlədən İfadetv.com İA-də “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin Azərbaycanda gördüyü işlərlə bağlı çox saylı yazılar dərc edilib. Həmin yazılarda “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin çəkdiyi yolların keyfiyyətsiz olmasından, korrupsiya faktlarından geniş bəhs edilmişdir.
İndi isə “Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin Azərbaycanda son 15 ildə törətdiyi irimiqyaslı korrupsiya faktlarından ən unikalı olan bir fakt barədə apardığımız araşdımanı təqdim edirik:
Bu şirkətin 2015-ci ildə yerinə yetirdiyi 35 km-lik Şəki-Qax yolunun, 2017-ci ildə yerinə yetirdiyi 45 km-liok Gəncə-Bəhramtəpə yolunun, 2013-cü ildə 42 km-lik Oğuz-Zarağan-Qəbələ yolunun, 2019-cu ildə isə təhvil verdiyi 69 km-lik Bakı -Şamaxı yolunun “İnşaat Norma və Standartları”na uyğun olmayaraq salınan asfalt-beton örtüyünün keyfiyyətsiz olmasının səbəblərini araşdırmış və 2020-2021-ci illərdə aidyyatı üzrə direktiv orqanlar qarşısında qanuni tədbirlər görülməsi üçün qaldırmışdıq. Çox təəssüflər olsun ki, "Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin respublikamızın müxtəlif bölgələrində törətdiyi irimiqyaslı korrupsiya cinayətlərinə bu günə kimi hüquqi qiymət verilməmiş, əksinə bu şirkətə işğaldan azad olunmuş ərazilərimizdə yeni layihələrin icra edilməsi tapşırılmışdır. Azərbaycanda inşa etdiyi 1100 km-dən artıq keyfiyyətsiz yollara rəğmən korrupsiyalaşmış "Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nə yenidən Qarabağ ərazisində I texniki dərəcəli yolların çəkilişi sifariş edilirsə, o zaman anlamağa çalışırıq ki, görəsən nə baş verir? Doğrudanmı, bu şirkətin Qubadlı-Laçında inşa etdiyi I dərəcəli asfalt yol Paşinyanın Kəlbəcərdə 2019-cu ildə inşa etdirdiyi 3-cü dərəcəli yoldan keyfiyyətli olacaqdır. Axı Azərbaycan tankçıları etiraf edirlər ki, "Ermənilərin Kəlbəcərdə tikdikləri asfaltın üstündə tankı 360 dərəcə çevirsək də 5 sm-lik iz belə sala bilmirik".
Məsələn, "Polat Yol Yapı" şirkətinin uzun müddətdir ki, Azərbaycanda gördüyü işlərə real qiymət vermək üçün 2015-ci ildə təhvil verdiyi 35 km Şəki-Qax yolunun inşası zamanı törətdiyi korrupsiya faktlarını detallı şəkildə arqumentlərlə təhlil etməyimiz kifayət edər:
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Şəki-Qax avtomobil yolunun 4 noyabr 2015-ci ildə açılışı zamanı İkizolaqlı yolun uzunluğu 35 kilometr olan layihənin icrasına 2011-cü ildə başlanılıb və 2015-ci ildə başa çatıb.
Layihə 2 hissədən ibarətdir:
I hissə: Şəki-Qax hissəsi, yolun uzunluğu- 35,0 km;
II hissə: Qax-Zaqtala hissəsi, yolun uzunluğu – 28,0 km ;
⦁ Sifarişçi: Azərbaycan Respublikası Nəqlliyyat Nazirliyi “Azəryolservis” ASC. Sözügedən layihənin təmiri başa çatdırılan Şəki-Qax hissəsidir
Yerinə yetirilmiş iş həcmləri
⦁ Torpaq işləri - 1005,7 min m3;
⦁ Əsasın alt layının tikintisi üçün materialın daşınması – 790,5 min m3;
⦁ Əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi – 101,6 min m3;
⦁ Asfalt-beton örtük, 3 laydan ibarət qalınlığı 21 sm ;
⦁ Asfalt-beton qarışığı sərf edilmişdir -182,1 min ton;
⦁ Beton bordyurların quraşdırılmışdır – 8000 m;
⦁ Yol üzərində, ümumi uzunluğu 2100 pm olan 21 körpü vardır;
⦁ Xaricdən alınmış kreditlər və dövlət büdcəsi hesabına həyata keçirilən bu layihə üzrə yerli sakinlərin verdiyi məlumatlar əsasında apardığımız araşdırmalardan sonra bir sıra ciddi korrupsiya hallarının baş verdiyinin şahidi olduq. Belə ki, AR Nəqliyyat Nazirliyinin sifarişi əsasında həyata keçirilən 35 km uzunluğunda müasir standartlara cavab verən asfalt yolun çəkilişi zamanı smeta-planda qeyd edildiyi kimi, 101,6 min kub.m. əsasın alt layının 25 sm qalınlığında tikinti normalaraına uyğun olaraq qırmadaş qarışığından tikilməsi nəzərdə tutulsa da, bu tikinti materialı əvəzinə yaxınlıqdakı Şin, Gürmük, Qaşqaçay çay yataqlarından qanunsuz olaraq xam daş-çınqıl-qum-torpaq qarışığı daşınmaqla istifadə edilmişdir. Beləliklə, podratçı şirkət dövlətin əlqədar qurumları olan ETSN-nin 7 saylı Regional Ekoloji Təhlükəsizlik İdarəsinin, FHN-nin Çimal- qərb Regional İdarəsinin dövlət fonduna daxil olan çay yataqları qanunsuz mənimsənilərək ekologiyaya ciddi ziyan vurulmuşdur. Nəticədə layihədən kənar yerli tikinti materiallarından qanunsuz istifadə edilməsi baş vermişdir. Dorudur, ETSN 7 saylı Regional Ekoloji Təhlükəsizlik İdarəsi və FHN-nin Şimal-Qərb Regional İdarəsi rəhbərlərilə olan gizli sövdələşmələrdən sonra dövlət büdcəsinə heç bir mədən vergisi ödəmədən, yerli təşkilatlarla rəsmi müqavilələr bağlamadan onlar birlikdə irimiqyaslı korrupsiya cinayətləri törətmişlər. Lakin sənədlərdə Torpaq işləri - 1005,7 min m3; Əsasın alt layının tikintisi üçün materialın daşınması – 790,5 min m3; Əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi – 101,6 min m3 şişirtmə rəqəmlər sənədlərdə göstərilmişdir. Yəni, yol yatağı üçün yerli çay yataqlarından daşınan cəmi 997.800 kub m xammala görə podratçı təşkilatın tərtib etdiyi FORMA 2 sənədlərində göstərilsə də buna uyğun mədən vergisi hər kub m materiala görə 1 manat olmaqla dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulan 997800 manat vəsait reallıqd vergidən yayındırılmışdır. Eləcə də Qax- Zaqtala yolunun 28 km –lik hissəsinin yol yatağı üçün işlənmiş çay yataqlarından qanunsuz daşınmış 820000 kub m xammala görə 820000 manat vəsait, 42 km-lik Oğuz-Qəbələ yolunun yol yatağı üçün istifadə edilmiş 1.2 milyon kub m. xam çay materialının istifadəsi zamanı, 1.2 milyon manat , 45- km-lik Gəncə-Bəhramtəpə yolunun yol yatağı üçün qanunsuz istifadə olunmuş 1.4 milyon kub m. xammala görə hesabanan 1.4 milyon manat mədən vergisi, və sonda Bakı-Şamaxı yolunun 69 km-lik hissəsi üçün Qobustan rayonun Nərimankənd ərazisi yaxınlığında yerləşən “Diribaba” türbəsinin arxa hissəsindəki və Ceyrankeçməz çayı yaxınlığındakı qayalı dağ süxürları ağır texnikaların köməyilə sökülərək 40 tonluq Yük avtomobilləri ilə yol yataqlarının inşası üçün 1.96 milyon kub m olmaqla xam material qanunsuz olaraq daşınmışdır. Və nəticədə Qobustan rayon ərazisində 2 ədəd dağ yer səthindən 30 m dərinlikdə olmaqla yoxa çıxmışdır. Və yenə də podratçı “Poad Yol Yapı” şirkəti tərəfindən təxminən 2 milyon manat mədən vergisi reallıqda ödənilməmişdir.
Digər əsas faktlardan biri də budur ki, ümumi eni 12 m, asfalt-beton örtüyünün isə eninin 8 m olması göstərilməklə, çəkdikləri bütün yerlərdə asfalt yolun qalınlığı 21 sm olan asfalt-beton örütyünün 3-cü əsas üzlük asfalt qatı ümumiyyətlə vurulmamış və nəticədə sənəd üzərində göstərilməklə 3-cü asphalt qatının da pulu alınaraq mənimsənilmişdir. Əgər bu günə qədər Azərbaycanın müxtəlif regionlarında çəkdikləri cəmi 1100 km asphalt yolun 3 cü əsas qatının reallıqda olmamasını və hər km 3-cü qat üçün 8m eni və 1000 m uzunluğa görə , hər kv –a görə 8 manat hesablanarsa, o zaman 1 km asphalt üçün, yəni 8000 kv m asfalta görə 64000 manat vəsait mənimsənildiyi üzə çıxır. Cəmi 1100 km çəkilən asphalt təbəqənin 3-cü şüşə qatı üçün mənimsənilən vəsait belə olar: 1100x 6400 AZN= 7.040.000 manat
Xatırladaq ki, Gəncə-Bəhrəmtəpə yolunun tikintisi layihəsini 2017-ci ildə həyata keçirən “Polat Yol Yapı” şirkəti Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etmişdir. Belə ki, bu barədə mediada Ağcabədi rayon sakinlərinə istinadən yayılan şikayət məktubunda iddia olunur ki, şirkət heç bir müqaviləsi olmadan və ödəniş etmədən, sadəcə Ağcabədi İcra Hakimiyyətinə rüşvət verməklə Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını digər regionlarda olduğu kimi istismar etmişdir.
Bakı- Şamaxı yolunun 15- 94 km hissəsinin yenidən qurulması və yol zolağının 4 -ə çatdırılması üçün 2016-2019-cu illər ərzində görülən işlər zamanı da layihə-smeta sənədlərində qeyd edilən tikinti norma və qaydalarına bir sıra hallarda əməl edilməmişdir. Belə ki, tikinti zamanı, yol yatağının hazırlanması mərhələsində istər əsasın alt layının tikintisi üçün materialın daşınması zamanı isttifadə olunan materiallar, istərsə də əsasın alt layının 25 sm qalınlığında qırmadaş qarışığından tikilməsi nəzərsə tutulsa da hər iki epizod üzrə istifadə edilən materiallar Qobustan rayonun Nərimankənd yaxınlığında ( 6 km-də ) yerləşən “Diribaba” dağının ətrafındakı bərk və yumşaq suxurlarının ekologiyanın qanunsuz pozulması nəticəsində daşınaraq sözügedən yolun tikintisində gen-bol istifadə edilmişdir. Nəticədə “Diribaba dağının ətrafındakı dağlar Yer planetindən birdəfəlik məhv edilərək yoxa çıxmışdır. Verilən məlumata görə podratçı təşkilat olan “Polad Yol Yapı” şirkəti rəhbərliyi ETSN-nin 10 saylı Ekoloji Təhlükəsizlik Agentliyinin və Qobustan rayon İcra hakimiyyəti başçısı cənab Adil Məmmədovla gizli sövdələşərək 3 milyon manat müqabiində iki dağın bütövlüklə sökülərək daşınıb yol tikintisində istifadə etmişdir. Elə bunun nəticəsində də faktiki olaraq Bakı-Şamaxı yolunun 50 -79-cu km-də baş vermiş çökmələr nəticəsində təkrar bu hissəyə vurulan asfalt-beton qatının hündürlüyü 80 sm olmuşdur ki, bu da Çinnesin "Rekordlar kitabı"na düşə biləcək bir hadisədir. Yəni, düyanın heç bi ölkəsində 80 sm qalınlığı olan asfalt yola rast gəlinə bilməz. Əvvəl qaldırdığımız bu məsləyə görə ETSN-nin savadsız kadrları əraziyə heç bir aidiyyatı olmayan 6 saylı Regional Ekologiya İdarəsinə rəsmi göstəriş vermişlər ki, Qobustan rayonun “Diribaba” türbəsinin arxa hissəsində dağın sökülüb aparılmasını faktının doğruluğunu yerində baxış keçirib rəsmi məlumat versinlər. Doğrudur, Regional İdarənin Nəriman adlı müdir müavini bizimlə telefon əlaqəsi yaradaraq birlikdə qeyd etdiyimiz əraziyə gedib baxış keçiməyi təklif etsələr də, redaksiyamızın nümayəndəsinin həmin anda planı olduğundan qeyd edilən yerə gedə bilməmişdir. İsmayıllı şəhərində yerləşən 6 saylı Regional Ekoloji Təhlükəsizlik İdarəsi əməkdaşları isə redaksiyamıza yazdıqları 14 aprel 2023-cü il tarixli rəsmi məktublarında qey etmişlər ki, əraziyə baxış zamanı heç bir texnikanın işlədiyinə rast gəlinməmişdir. ETSN –nin idarəsinin formal yazdığı məktubu tərtib edəni başa salmaq istəyirik ki, yolun çəkilişi 2017-2019-da baş vermişdir. Və dağ tam sökülüb daşındıqdan və asphalt yol istismara verildikdən 4 il sonar ağır texnikanın sözügedən ərazidə nə işi var?
Məktubdan da göründüyü kimi, ETSN yetkililəri hələ bilmirlər ki, həmin əraziyə nəzarəti 6 saylı deyil, 10 saylı Abşeron Regional Ekoloji Təhlükəsizlik İdarəsi həyata keçirir. Və verilən məlumata görə podratçı şirkətin hər iki dağın sökülüb daşınması üçün Qobustan İcra Hakimiyyətinin başçısı, ETSN –nin 10 saylı Regional İdarə müdirinin gizli sövdələşməsi nəticəsində təklif edilən pullar bölüşdürülmüşdür. Dövlət büdcəsinə ödənilməsi nəzərdə tutlan 2 milyon manat mədən vergisi isə bu günə qədər ödənilməmişdir. Bundan başqa, Qobustan rayon çoxbilmiş İcra başçısı ürsətdən istifadə edərək özünə məxsus iri həcmli öküz fermasının 6 km hissəsisnin asfaltlaşmasını da sökülən dağların müqabilində “Polad Yol Yapı” ya həvalə etmişdir. Yerli sakinlər də haqlı olaraq narazılıq yaranmışdır ki, icra başçısı kənd yollarına asphalt çəkdirmək əvəzinə öküzləri və inəkləri üçün gözəl və rahat şərait yaradıb asphalt yol çəkdirir. Kənd insanları isə tozun torpağın içində itib batır.
Bir sözlə, belə yarıtmaz işlərin nəticəsində "Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin Azərbaycanın bütün bölgələrində bu günədək inşa etdiyi 1100 km yolların demək olar ki, hamısı iri maliyyə maxenasiyaları və korrupsiyaya yol verilməklə inşa edilmişdir.Yəni, Qax yolu üzrə, istər Oğuz dairəsindən Zarağan-Qəbələ şəhərinə qədər olan 42 km – lik yolU, istərsə Gəncə-Bəhramtəpə yolunu, istərsə də Qax-Zaqtala yolunun, istərsə də Bakı-Şamaxı yolunun asfalt-beton işlərini 2012-ci ildə keyfiyyətsiz yerinə yetirdiklərinə görə həmin yollarda tez bir zamanda köçmələr, çatlar əmələ gəlmişdir.
"Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin Azərbaycanda törətdiyi cinayətlərdən ən maraqlısı isə onun uzun illər külli-miqdarda sadələşdirlmiş xidməti vergilərdən yayınması da olmuşdur. Belə ki, şirkətin rəsmi ofisi Bakı şəhəri, Nərimanov rayonu, Hüseyn Arif küçəsi, ev 24 ünvanda yerləşsə də, formal və saxta qeydiyyatla Goranboy rayonun Nadirkənd kəndində bir türk vətəndaşının adına yaratdıqlar “Polat Yol Yapı” şirkəti kimi həyata keçirib. Şirkətin burada da əsas məqsədi Azərbaycanda fəaliyyət göstərdiyi 15 il ərzində vergidən yayınmaq olmuşdur. Çünki şirkətin özünü xidmət göstərən bir təşkilat kimi rəsmən qeyd etməsi o anlama gəlir ki, qanunvericiliyə görə Bakıda fəaliyyət göstərən vergi ödəyicilərindən 4%, rayonlarda isə xidməti fəaliyyət göstərən VÖEN sahibləri 2% vergi ödəmələri tələb olunur. Belə olan halda isə "Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti” Azərbaycanda 15 il ərzində hər ay göstərdiyi xidmətə görə və bağladığı milyonluq müqavilələrdə qeyd edilən rəqəmlərlə hesablasaq nəzərdə tutlduğundan 2% az vergilər ödəmişdir. Ki, bu da külli-miqdarda vergilərdən yayınmaya və dövlət büdcəsindən milyonlarla manat vəsaitlərin yayındırılmasına səbəb olmuşdur.
Hesab edirik ki, özünü 1975-ci ildən dünya ölkələrində yüksək keyfiyyətli, 2007-ci ildən isə Azərbaycanda zəif keyfiyyətli magistral yollar inşa edən qardaş Türkiyənin "Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti”nin son 15 ildə Vətənimizdə törətdiyi irimiqyaslı korrupsiya faktlarıara nəticəsində əldə etdikləri 100 milyonlarla çirkli pulların Türk iş adamları adları altında əslində hansı millətdən olan şəxslər tərəfindən əldə edilməsi, dövriyyəsi, terror təşkiltalrına bu vəsaitlərin ötürülb ötürülməsməsinin ciddi araşdırlmasına zəruriyyət yaranmışdır və çoxsaylı cinayətlər törətməklə iri maliyyə vəsaitlərinin əldə edilməsi faktlarına hüquqi qiymət verilməsi müharibə şəraitində olan Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqları daxilindədir.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq, əgər deməyə sözləri olarsa.
İfadetv.com-un araşdırma qrupu
