Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi, 35 ünvanında yerləşən park məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Sakinlər öz hesablarına ərazidə ağac əkib, yaşıllıq salıblar, amma indi həmin ağacları suvara bilmirlər. Sakinlər deyirlər ki, demək olar, hər gün əraziyə yeni ağaclar əkirlər. Amma ağacları suvarmaq mümkün deyil. Çünki su xətti bilərkədn kəsilib. Parkın bütün təmizliyini isə küçədə yerləşən iaşə obyektlərinin işçiləri edir. Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı agentliyindən bildirildi ki, ictimai əhəmiyyətli ərazinin su ilə təmin olunması üçün abonentlər ilk olaraq yaşıllaşdırma təsərüffatı birliyinə müraciət etməlidirlər. Məhz bundan sonra məsələyə baxılacaq. Sakinlərin bildirdiyinə görə ətrafda ağacların kəsilib obyekt tikintisi adi hal alıb. Burada eyni qaydada ağaclar kəsilməsi ehtimal olunur.
Qeyd edək ki, 2019-cu ildən Xətai icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir və Bakı şəhər icra hakimiyyətində olan müşavirələrdə Eldar Əzizov dəfələrlə bu bərədə ona xəbərdarlıq edib.\\XALQ.AZ
