Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni vəzifə verilib.
Rövşən Nəcəfə, Azərbaycan və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasına rəhbərlik edəcək.
Rövşən Nəcəf 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. O, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidentidir.
Qeyd edək ki, Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli Sərəncamı ilə yaradılıb.
