Rafael Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladzenin yanvarın 1-də 75 yaşı tamam olub.
Gürcüstanda anadan olan hüquqşünas 1998 və 2010-cu illərdə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, ötən gün Qvaladzenin vəzifəsindən azad ediləcəyi barədə xəbər vermişdik.
