“Crescent Residence” kompleksində 3 otaqlı mənzil satışa çıxarılıb.
Ümumi sahəsi 171 kvadratmetr olan yeni tikilinin kvadratmetri 13 800 manat təşkil edir. Ümumi dəyəri isə 2 360 000 manatdır.
Mənzil 32 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. "White box" formatında – yəni təmirsiz şəkildə təqdim olunur, Mənzilin geniş şüşəli fasadları, Xəzər dənizi və şəhər mənzərəsi ilə fərqlənir.
Mənzilin qiymətində “Crescent Residence” kompleksində sakinlər üçün tam inteqrasiya olunmuş yaşam ekosisteminin rolu önə çəkilir. Belə ki, kompleksə 5 ulduzlu St. Regis Hotel-in xidmətləri, prestijli biznes mühiti üçün "Crescent" ofisləri, qapalı hovuz, SPA və fitness mərkəzi, şəxsi məşqçi xidmətləri, 24/7 resepsiyon və konsyerj xidməti, yeraltı avtodayanacaq və yüksək sürətli liftlər, yüksək səviyyəli təhlükəsizlik və müşahidə sistemləri daxildir. Crescent Mall-un daxilində isə dünya brendləri, restoranlar və əyləncə mərkəzlər yerləşir.
Elanda qeyd edilənə görə, satışa çıxarılan mənzil çıxarışla təmin olunub və ipoteka yolu ilə əldə edilməsi mümkündür.(Teleqraf )