Xətai rayonunda parkda Ulu öndərimiz Heydər Əliyev tərəfindən əkilən ağac su verilmədiyinə görə quruyur.
Xalq xəbər verir ki, Xətai rayonu sakini Umummilli liderimiz Heydər Əliyevin 4 iyun 2000 -ci ildə əkdiyi ağac su verilmədiyinə görə quruduğu iddia edir. Bununla bağlı sosial platformada video paylaşaraq qeyd edir ki, digər ağaclara su verildiyi halda bu ağaca niyə su verilmir deyə cavabdeh şəxlər səslənib. Görüntülərdən göründüyü kimi, sahəyə suvarma sistemi də çəkilib, lakin nədənsə 25 il öncə əkilən ağac quruyur.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Qeyd edək ki, 2019-cu ildən Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir.
İnanırıq ki, bu məsələ nəzarətə görürüləcək və yaşıllığın qurumaması üçün mütəmadi diqqətdə saxlanılacaq.
Qurumlarında münasibətini dərc etməyə hazırıq.
Həmin görüntüləri oxuculara təqdim ediriik:(Xalq.online)