Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq.
Bu barədə Milli Olimpiya Komitəsi MOK-un mətbuat xidməti məlumat yayıb.
Qanvermə aksiyası iyunun 12-də saat 10:00-dan, 16:00-dək qurumun inzibati binasında keçiriləcək.
"Həmrəy olaq, qanımızla yaşadaq" adlı aksiya "14 İyun - Beynəlxalq Qan Donorluğu Günü"nə həsr olunub.
