Sumqayıt zaman-zaman icra rəhbərliyi sarıdan çox əziyyət çəkib. Hələ 1998-ci ildə Təvəkkül Məmmədovun fiaskoya uğrayan rəhbərlik anlayışı növbəti illərdə də davam etdi və bu gedişat Eldar Əzizovun gedişinə qədər davam etdi. Eldar Əzizov Sumqayıt İcra Hakimiyyəti binasının qarşısındakı yolları bağlamaqla sanki yolun behini vermişdi. İcra hakimiyyəti binasının yaşıllıqlarına düşmən kəsilən Eldar Əzizovun çirkli planlarını Zakir Fərəcov gəlişi ilə alt-üst etdi. Yaşıllıqlar bərpa edildi, Əzizovun şəxsi marşrutu etdiyi yolu Sumqayıt sakinləri üçün açdı və bura mənim deyil, Sumqayıt sakinlərinin binasıdır mesajını ilk gündən vermiş oldu.
Zakir Fərəcov deyəndə insanın ilk olaraq ağlına möhtəşəm və əsrarəngiz Sumqayıt Dənizkənarı Bulvarı gəlir. Bakıdakı eyniadlı bulvarla yarışacaq qədər gözəl olan bu dənizkənarı mənzərə Sumqayıtın göz bəbəyi olması məhz Zakir Fərəcovun şəxsi imzasıdır.
Ona qədər Sumqayıtda görülən işlər sadəcə kosmetik xarakter daşıyırdısa Z. Fərəcov gəldikdən sonra görülən işlər gözə çarpacaq və nəzərə alınacaq dərəcədə bariz idi. Köhnə, təmirə ehtiyacı olan binaların dam örtüklərinin dəyişdirilməsi, illərlə baxımsızlıqdan keçilməsi çətinləşən yolların bərpası, məhz edilmiş yaşıllıqlara yeni nəfəs verilməsi ilk gündən Zakir Fərəcovun bu şəhərdə görəcək daha çox işinin olduğu mesajını verməyə başladı.
Zaman-zaman turist cəhətdən çox geridə qalan bu böyük şəhər haqqında son illərdə verilən statistikası isə gözqamaşdırıcıdır. Baxımsızlıqdan turistlərin yolu dəyişdiyi Sumqayıt artıq turistlər üçün Azərbaycanın gəzməli-görməli şəhərlərindən birinə çevrilib. Turist getdiyi ölkələrdə, şəhərlərdə nə axtarar? Gözəllik, yaşıllıq və tarix. Məhz son illər Sumqayıta önəmli turist axını şəhərin son dönəmdə baxımsız şəhər statusundan tarixi və möhtəşəm şəhər statusu almasının əməli göstərisidir.
Sumqayıtdakı fəaliyyəti bələdiyyəçilikdən başlayan Zakir Fərəcov illərlə bələdiyyədə nümunəvi fəaliyyəti onu şəhərin ən önəmli vəzifəsi olan Sumqayıt İcra Başçısı vəzifəsinə gedən yoluna işıq saçdı. Məhz bələdiyyədəki fəaliyyəti ilə "Mən bu şəhəri keçmiş xələflərimdən daha yaxşı tanıyıram və bələdəm" mesajını verərək işə başlamaqla əməli sübut ortaya qoydu.
"Yeri zibilləməkdən əl çəkək!" prinsipi ilə çalışan Z. Fərəcovun ən önəmli mesajı Sumqayıt şəhərini gözəlləşdirmək idi. Məhz şəhər sakinləri də rəhbərlərinin bu mesajına sayğı ilə cavab verərək Sumqayıta "təmiz şəhər" statusunu qazandırdı. Əlbətdə bir şəhərin sakinləri başçının hər addımında arxasında durarlarsa o şəhər bütün beynəlxalq dəyərlərə sahib olar.
Bu sadaladıqlarım sadəcə Z. Fərəcovun Sumqayıtda gördüyü işlərin bir qismidir və tamamını yazmaq çox uzun vaxt tələb edir. Sonda onu demək istəyirəm ki, Sumqayıtı möhtəşəm şəhər halına gətirmək yalnız Zakir Fərəcov kimi Sumqayıtı və sumqayıtlıları tanıyan birinin şah əsəri ola bilərdi ki, bu xüsusiyyətlər Z. Fərəcova məxsusdur. Gələcək illərdə də Zakir Fərəcova uğurlar və daha böyük nailiyyətlər arzu edirik.