Azərbaycan Premyer Liqasının Zəfər Turu (Xl) çərçivəsində “Azersun Arena”da “Qarabağ” və “Neftçi” arasında baş tutacaq Azərbaycan derbisi üçün satışa çıxarılmış bütün biletlər satılıb.
Bu barədə “Qarabağ”ın rəsmi feysbuk hesabı məlumat yayıb.
Qeyd edək ki, qarşılaşma 9 noyabr saat 18:44-də start götürəcək.





