Xalq ac olanda biz ölkəni idarə edə bilmərik. Bu ilin büdcəsi elə qurulmalıdır ki, insanların güzəranı əsas prioritet olsun.
Bunu İran Prezidenti Məsud Pezeşkian parlamentin plenar iclasında deyib.
“Keçən il biz hakimiyyətə gəlməzdən əvvəl tibb bacıları, təqaüdçülər və müəllimlər tərəfindən tətillər və nümayişlər keçirilirdi, həmçinin fermerlər arasında da problemlər var idi. Ötən il bu vaxt problemlər üzündən müəyyən ərazilərdə elektrik enerjisini kəsir və yanacaq çatdırmırdıq. İndi bu problemlərin çoxunu həll etmişik", - Pezeşkian bildirib.
Onun sözlərinə görə, İran parlamenti hər həftə bir gününü insanların problemlərinə həsr etməyə çalışır:
“Əgər xalqın dolanışığını təmin etməsək, nə qədər şeyə sahib olsaq da, hər şey mənasız görünəcək”.
Pezeşkian İranın zəif qalmasına imkan verməyəcəyini və milli birliklə ölkənin problemlərini həll etməyə çalışacağını qeyd edib.





