Prokurorluq orqanlarından etik davranış qaydalarını pozduğu üçün xaric edilən Alıyev Caviddən Dələduzluğuna görə KİV-lərə şikayət edən Aytən Mahmudovanın 25 (iyirmi beş) dəqiqədən artıq səs yazısını nəyə görə nə prokurorluq, nə də məhkəmə orqanlarının araşdırmaq istəməməsi çoxlu haqlı suallar yaradır!?!...
Məlum olduğu kimi İfadetv.com saytında 02 avqust 2024 il saat 22:04 radələrində Alıyev Cavidin barəsində işıq üzü görən “Prokurorluq orqanlarından etik davranış qaydalarını pozduğu üçün xaric edildikdən sonra Bakı hüquq mərkəzinin işçisi olmuş, vəkil, intizam komissiyasının sədri olmuş, xüsusi itdihamcı olmuş Alıyev Cavid hüquqşunas Abdulla Əfəndizadədən nə istəyir???.” məqaləsi işıq üzü görməklə Bakı Apellyasiya Məhkəməsinə, digər dövlət orqanlarına göndərilmişdir. Həmin məqalədən məlum olur ki, kimlərinsə tərəfindən həm Yasamal rayon məhkəməyə, həm də Yasamal rayon prokurorluğuna “kimlərinsə vasitəsilə” təzyiq göstərmiş olduğu üçün Vəkil Sorğularına normal, obyektiv cavab verilməsindən “imtina edilmişdi”. Çünki Alıyev Cavidin özünə sərf etmirdi ki, Bağırzadə Camal tərəfdən onu (yəni Alıyev Cavidi) ifşa edən sənədlər bu işdə də üzə çıxsın.
Diqqətə çatdırmaq istəyirik ki, Abdulla Əfəndizadənin əvvəlki vəkili Vəliyev Nicatın tərəfindən göndərilən sorğulardan ikisi: Yasamal Rayon Məhkəməsinə və Yasamal Rayon Polis İdarəsinə 15 iyul 2024 il tarixdə Abdulla Əfəndizadə tərəfdən çatdırılmışdır. Yasamal Rayon Prokurorluğu isə surətinə imza atmaq istəmədiyindən Abdulla Əfəndizadə Yasamal Rayon Prokurorluğuna olan sorğunu prokurorluğa xidmət göstərən poçt şöbəsi vasitəsilə sifarişi-xəbərnaməni məktubla 16 iyul 2024 il tarixdə çatdırmışdır. Yasamal Rayon Prokurorluğundan bəhanə gətirildiyindən ki, guya sorğunun mahiyyətini başa düşmədiklərindən Camal Bağırzadənin Aytən Mahmudovanın Alıyev Cavidin tərəfindən aldadılması haqda Ərizəsinin surətini yox, sadəcə Alıyev Cavidə qarşı Aytən Mahmudovanın ərizəsinin daxil olmadığı barədə cavab göndəriblər. Eybi yoxdur, qoy təkrar vəkil sorğusu gəlsin, sorğuda qeyd edilsin ki, Camal Bağırzadənin cari ilin 15 may – 19 may arası Yasamal Rayon Prokurorluğuna daxil olan Ərizəsinin surətini tələb edilsin, onlar (yəni, Yasamal Rayon Prokurorluğu) da həmin Ərizənin təsdiq edilən surətini göndərər. Eyni zamanda Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirov) 1(004)-41/2024-cü saylı 19 iyul 2024-cü il tarixində hazırlanmış məktubu və ona qoşmada Alıyev Cavidin Camal Bağırzadəyə qarşı vermiş olduğu şikayətinə görə Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirovun) 1(004)-41/2024-cü saylı 22 may 2024-cü il tarixində çıxarılmış qərarı təqdim edilmişdir. Vəkil sorğusunda qeyd edilən – yəni, Camal Bağırzadənin Yasamal Rayon Prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə Alıyev Cavidin Aytən Mahmudovanı aldatmasına dair verdiyi Ərizəsinin surəti – hansını ki, Camal Bağırzadə Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirov) 1(004)-41/2024-cü saylı iş üzrə e-mehkeme portalına ASAN İmzası ilə yerləşdirmişdir, onu verməkdən incə şəkildə imtina edilmişdir – məktubda qeyd edilmişdi ki, Camal Bağırzadənin həmin ərizələrinin surətlərini Yasamal Rayon Prokurorluğundan və polisindən alınmasını “məsləhət bilmiş” olmuşdular. Abdulla Əfəndizadə vəkili olmuş Nicat Vəliyevə dəfələrlə müraciət etsə də ki, təkrar sorğuların mətnlərini öz elektron poçtundan vəkil Nicat Vəliyevin elektron poçtuna göndərməsinə baxmayaraq, vəkil Nicat Vəliyev təkrar sorğuları göndərməkdən imtina etmişdi, bildirmişdi ki, Yasamal r-n məhkəməsindən ona zəng vurub deyiblər ki, əbəs yerə Camal Bağırzadənin ərizəsini tələb edir. Həmin axşam Abdulla Əfəndizadəyə məlum olmuşdur ki, demə Yasamal r-n məhkəmənin hakimi olmuş Rauf Daşdəmirovun tərəfindən Alıyev Cavidə məlumat çatdırılmışdır ki, vəkil Nicat Vəliyev belə bir sorğu göndərib, onlar da yalnız qərarı göndərmiş olmuşdular. Abdulla Əfəndizadə daha sonra bildirir ki, sabahısı günü Camal Bağırzadə bir neçə şəxslərə, o cümlədən Abdulla Əfəndizadə ilə düşmən münasibətdə olan vicdansız şəxsə hövlnak şəkildə həyəcanla bildirmiş olub ki, Abdulla Əfəndizadə vəkil vasitəsiylə onun (yəni Camal Bağırzadənin) barəsində məhkəməyə, prokurorluğa Sorğularımı göndərmişdir. Abdulla Əfəndizadə qeyd edir ki, sözsüz ki, bu məlumatı Camal Bağırzadəyə Alıyev Cavidin tərəfindən çatdırılmışdı. Çünki Yasamal r-n məhkəmənin hakimi olmuş Rauf Daşdəmirovun Camal Bağırzadəyə münasibəti çox pisdir. Camal Bağırzadənin gələcəkdə onun da (yəni hakimi olmuş Rauf Daşdəmirovun da) məlumatından istifadə edəcəyindən, yayacağından və şikayətlənəcəyindən ehtiyatlandığından ona (yəni Camal Bağırzadəyə) heç cür məlumat verə bilməzdi. Yəni Alıyev Cavid Bağırzadə Camalın qarşısında “hesabat vermiş” olmuşdu ki, məhkəmənin qərarı Abdulla Əfəndizadəyə onun (yəni Alıyev Cavidin) tərəfindən yox, məhkəmənin tərəfindən təqdim edilib.
Yeri gəlmişkən Abdulla Əfəndizadə bildirir ki, Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirovun) 1(004)-41/2024-cü saylı 22 may 2024-cü il tarixində çıxarılmış qərarından faktiki məlum olur ki, Camal Bağırzadə Alıyev Caviddən birbaşa üzr istəməsə də faktiki onun (yəni Alıyev Cavidin) qarşısından acizanə şəkildə çəkilməklə bir növ üzr istəyir. Baxmayaraq ki, Alıyev Cavidin özü də əvvəllər Bağırzadə Camaldan rəsmi şəkildə üzr istəməsini tələb etmişdi, sonda ona görə tələb etməmişdi ki, yuxarıda qeyd edildiyi kimi Bağırzadə Camalda Aytən Mahmudovanın Alıyev Cavidi ifşa edən 25 (iyirmi beş) dəqiqədən artıq səs yazıları mövcuddurlar, o (yəni Alıyev Cavid) həmin səs yazılarının yuxarı prokurorluğa Camal Bağırzadədən təqdim edilməməsini xahiş etmişdi. Həqiqətən də şübhəlidir, əgər Camal Bağırzadə “vəklin.səsi” Facebook səhifəsini işlətməmişdisə, necə olur “vəklin.səsi” Facebook səhifəsi məhkəmənin adına ünvanlamış olduğu, lakin Camal Bağırzadəyə şübhəli yollarla məktub göndərir ki, o (yəni Camal Bağırzadə) təqsirkar deyil, onlar (yəni yeni “peyda olmuş” “vəklin.səsi” Facebook səhifəsi) guya “təqsirkar” idilər (?!?......). Çünki Camal Bağırzadə 2024 ilin may ayının lap başlanğıcında Abdulla Əfəndizadəyə bildirəndə ki, özü (yəni, Camal Bağırzadə) “vəklin.səsi” Facebook səhifəsi adından təkzib yazacaq, məhkəməyə göndərəcək ki, guya onlar özbaşına yazıblar, onun (yəni, Camal Bağırzadənin) isə Alıyev Cavidin barəsində getmiş yazılardan guya xəbəri yox idi, Abdulla Əfəndizadə Camal Bağırzadədən artıq dərəcədə xahiş etmişdi ki, belə etməsin, çünki başa düşəcəklər ki, bu onun (yəni, Camal Bağırzadənin) özünün işidir. Hətta Abdulla Əfəndizadə həm Camal Bağırzadəyə and versə də, həm də ağır sözlərlə söyüş qoysa da ki, belə etməsin, Camal Bağırzadə də mənim həmin sözlərimdən sonra kişi kimi vəd versə də ki, yalançı “vəklin.səsi” Facebook səhifəsi adından istifadə etməyəcək, bununla belə vədinə xilaf çıxmış olaraq bu hərəkətlərinə rəvac vermiş, sonradan Abdulla Əfəndizadədən üzrxahlıq istəmişdir. Baxın, həm bu, həm də Camal Bağırzadənin bilə-bilə Abdulla Əfəndizadəni qəsdən darda qoymuş olması səbəblərindən də Abdulla Əfəndizadə məcburiyyət qarşısında qalıb həqiqəti söyləyir.
“De fendo” vəkil bürosundan yeni vəkil Cəlal Cəlallı təyin edildikdən sonra Abdulla Əfəndizadə həm Yasamal r-n məhkəməyə, həm də Yasamal r-n prokurorluğuna yenidən Sorğular göndərməklə Camal Bağırzadə tərəfdən cari ilin 15 may – 19 may arası Yasamal r-n prokurorluğuna Aytən Mahmudova ilə Alıyev Cavid Barat oğlu barəsində ünvanladığı ərizəsinin təsdiq edilən surərlərini sorğunu verən şəxsə, o cümlədən Abdulla Əfəndizadəyə təcili təqdim etmələri xahiş edilmişdir. Hər iki Sorğular 09 avqust 2024 il tarixdə ünvanlarına – Yasamal r-n məhkəməyə surətinə imza etdirib ştamp vurdurmaqla, Yasamal r-n prokurorluğuna isə poçt vasitəsi ilə sifarili-xəbərnaməli məktubla çatdırılmışdırlar.
Yasamal r-n məhkəmənin (hakimi olmuş Daşdəmirov R.M.-in) “De fendo” vəkil bürosuna ünvanlamış olduğu 1(004)-41/2024-cü saylı 12 avqust 2024-cü il tarixində vermiş olduğu cavabından məlum olur ki, Bağırzadə Camal Ramazan oğlunun Yasamal r-n prokurorluğuna Aytən Mahmudova ilə Alıyev Cavid Barat oğlu barəsində ünvanladığı ərizəsinin təsdiq edilən surətini təqdim etməyi mümkün saymamışdı. Lakin məhz AR CPM hansı müddəalarına görə belə qanunsuz hərəkətini əsaslandırmaqdan yayınmışdı. O cümlədən Yasamal r-n prokurorluğun (müstəntiqi olmuş Umudov Yusifin) “De fendo” vəkil bürosuna ünvanlamış olduğu 2495-xid-24-cü saylı 19 avqust 2024-cü il tarixiylə hazırlamış olduğu, nəhayət 23 avvqust 2024-cü il tarixində Abdulla Əfəndizadəyə təqdim olunan cavabından məlum olur ki, Bağırzadə Camal Ramazan oğlunun cari ilin 15-19 may arası Yasamal r-n prokurorluğuna Aytən Mahmudova ilə Alıyev Cavidin barəsində ünvanladığı şikayət ərizəsi 76-C-24 qeydiyyat nömrəli material onun (yəni prokurorluğun müstəntiqi olmuş Umudov Yusifin) araşdırılmış, 04 aprel 2024-cü il tarixində AR CPM-nin 39.1.2.-ci maddəsinə görə cinayət işinin başlanmasının rədd edilmiş olması haqqında qəbul edilmiş qərardakı materiala əlavə edilmişdi. Həmin qərarın 2 vərəqdən ibarət surəti də təqdim edilmişdir.
Həm Yasamal r-n məhkəmənin, həm də Yasamal r-n prokurorluğun vəkil bürosuna vermiş olduğu cavablara nəzəri yetirdikdə gülünc bir vəziyət yaranır. Belə ki, Yasamal r-n məhkəmənin vermiş olduğu cavabı hüquqa zidd olmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanunun 7 və 15 maddələrinin tələblərinə ziddir. Necə olur, 1(004)-41/2024-cü saylı 19 iyul 2024-cü il tarixində hazırlanmış məktubu və ona qoşmada Alıyev Cavidin Camal Bağırzadəyə qarşı vermiş olduğu şikayətinə görə Yasamal r-n məhkəmənin (hakimi olmuş Rauf Daşdəmirovun) 1(004)-41/2024-cü saylı 22 may 2024-cü il tarixində çıxarılmış qərarı təqdim edilir, ancaq C.Bağırzadənin ərizəsini təqdim etməkdən yayınır, o cümlədən Yasamal r-n prokurorluğun (müstəntiqi olmuş Umudov Yusifin) tərəfindən verilmiş cavaba qoşmada 04 aprel 2024-cü il tarixində çıxarılmış qərarı təqdim edilir, lakin C.Bağırzadənin ərizəsini təqdim etməkdən yayınır.
Yasamal r-n prokurorluğun (müstəntiqi olmuş Umudov Yusifin) tərəfindən çıxarılmış 76-C-24-cü saylı qeydiyyat nömrəli materiala görə 04 aprel 2024-cü il tarixində çıxarılmış 2 (iki) vərəqdən ibarət qərara nəzəri yetirdikdə məlum olur ki, həmin qərarında söhbət məhz Alıyev Cavidin Camal Bağırzadəyə, Camal Bağırzadənin Alıyev Cavidə qarşı bir-birlərinə ittihamlarından söhbət gedir. Harada qeyd edilir ki, hər ikisi bir-birinə qarşı saxta sənədlərdən istifadə etmiş olduqlarından şikayətlənirlər. Daha orada Alıyev Cavidin Aytən Mahmudovanı aldadıb, 20000 (iyirmi min) manat alması barədə Aytən Mahmudovanın 25 (iyirmi beş) dəqiqədən artıq səsyazısının olmasına dair Ərizəsi üzrə araşdırılma aparıldığına dair bir cümlə ilə də olsun belə fikirlər yoxdurlar. Çünki Camal Bağırzadə həmin səs yazısını uzun müddət gizli saxlamışdır, yalnız Abdulla Əfəndizadəyə bu haqda 2023 ilin oktyabr ayında məlumat vermişdir, yuxarıda qeyd edildiyi kimi 17 may 2024 il tarixdə Yasamal r-n prokurorluğuna Ərizəsini təqdim etmişdir, həmin Ərizəsinin surətini Yasamal r-n məhkəməsində barəsində gedən 1(004)-41/2024-cü saylı cinayət işi üzrə e-Mehkeme portalına Asan İmzası ilə yerləşdirmişdir.
İndi Alıyev Cavidin Bağırzadə Camalın qarşısından qaçması halına qiymət verək.
Yasamal r-n məhkəmənin (hakimi olmuş Daşdəmirov R.M.-in) 1(004)-41/2024-cü saylı 22 may 2024-cü il tarixində çıxarılmış qərarından məlum olur ki, Camal Bağırzadə məhkəmədə bildirir ki, “vəklin.səsi” facebook səhifəsi tərəfindən məhkəməyə məktub göndərilib ki, “vəklin.səsi” facebook səhifəsi Camal Bağırzadəyə aid deyildir. Alıyev Cavidin barəsində gedən yazıları da Camal Bağırzadə yox, onların təsisçisi olduğu “vəklin.səsi” facebook səhifəsi vermişdir. Lakin Alıyev Cavid həmin yazılarla razılaşmırdı, tələb edirdi ki, məhz Bağırzadə özü şəxsən üzr istəməlidir, həmçinin Abdulla Əfəndizadəyə qarşı vermiş olduğu şikayətinə görə Sabunçu r-n məhkəmədə (hakimi olmuş İmanova Nigarın) getmiş 1(008)-65/2024-cü il saylı işə görə 16 may 2024-cü il tarixində keçirilmiş məhkəmənin iclasında özündən çox razı halda təkəbbürlə, ədayla Abdulla Əfəndizadəyə xitabən: “nə istəyirsə etsin, o da (yəni, A.H.Əfəndizadə), Camal Bağırzadə də əllərindən gələnləri beş qaba çəkmiş olaydılar”. Lakin elə ki, Camal Bağırzadə Aytən Mahmudovanın Alıyev Cavidin onu 20.000 (iyirmi min) manat aldatması, ona qarşı dələduzluq etməsi haqda 25 (iyirmi beş) dəqiqədən artıq intervyu verdiyi səs yazılarını prokurorluğa təqdim edən kimi, bundan 20 may 2024-cü il tarixində Alıyev Cavid xəbər tutatn kimi, həmin təkəbbürlü sözlərinin üstündən heç 6 (altı) gün keçməmiş 22 may 2024-cü il tarixində səhər tezdən Yasamal Rayon Məhkəməsinin elektron məhkəmə portalına Camal Bağırzadəyə qarşı vermiş olduğu şikayətdən imtina etdiyi barədə ərizəsini yerləşdirmişdi, həmçinin məhkəmə iclasına da gəlib Camal Bağırzadəni xahişlə çağırtdırmışdı ki, onunla “sövdələşmə bağlayaydı” ki, Camal Bağırzadə kənara çəkiləydi, səs yazılarını da heç yerə göndərməyəydi. Camal Bağırzadə Abdulla Əfəndizadəyə bildirmiş olub ki, Alıyev Cavidin ondan xahiş etmiş olanda ki, onun (yəni, Alıyev Cavidin) barəsində heç yerdə çıxış etməsin, Camal Bağırzadə də ona söz vermişdi ki, onun (yəni, Alıyev Cavidin) barəsində çıxış etməsə də, şərt kəsmişdir ki, vəkilərin koleqıyazinin sədri olmuş Anar Bağırovun barəsində dayanmadan çıxış edəcəkdir, harada Alıyev Cavidin razılığını bildirmişdir. Həqiqətən də Camal Bağırzadə əvvəlki vaxtlarda olduğu kimi indi də xüsusilə 22 may 2024 il tarixdən daha da gücləndirilmiş rejimdə Anar Bağırovun barəsində kəskin çıxışlarını davam etdirir”. Nə isə...
Yəni, məhkəmə də təbii ki, “işin nə yerdə olduğunu” yaxşı başa düşür, lakin çox təəssüflər olsun ki, dərindən araşdırmaq istəmirdi, Sabunçu r-n məhkəmin hakimi olmuş İmanova N.A.-in “xatirinə” dəymək, Alıyev Cavidin “küsmüş olmasını” istəməmişdi.
Digər tərəfdən məhkəmənin Abdulla Əfəndizadə tərəfdən verilən Apellyasiya Şikayətiylə əlaqədar tam məhkəmə istintaqının aparılmasını “istəmədiyinin” şahidi olmuşduq. Yəni Abdulla Əfəndizadə tərəfdən məhkəmə tərkibinə Etirazı verməsi əsaslı olsa da, Abdulla Əfəndizadə bir az gözləmə mövqeyini tutub. Çünki indiki məhkəmə tərkibi Apellyasiya məhkəməsinə yeni təyin olunublar (2024 ilin aprel ayından), ən əsası da məhkəmə tərkibində olan Emin Əliyevlə Emin Mehdiyev Bakı Apellyasiya məhkəməsinə təyin olunana qədər heç vaxt cinayət işləri üzrə məhkəmə proseslərini aparmayıblar. Abdulla Əfəndizadə əvvəlcə fikirləşmişdir ki, onlar yenidirlər, bəlkə hansısa məqamları unutmuşdular. İlkin baxış iclası qurtardıqdan sonra Abdulla Əfəndizadəyə bildirilməsi ki, baxış iclası zamanı rəsmi şəkildə Vəsatət verəndə ki, hansı şəxsləri şahid qismində çağırmaq istəyir, onlar təmin edəcəkdirlər. Lakin Abdulla Əfəndizadəni bir məqam təəccübləndirmişdi ki, ona bildirilib ki, mütləq şahidlərin adları, soyadları, atalarının adı, onların yaşadıqları rəsmi və faktiki ünvanlarını yazılı Vəsatətimdə qeyd edildiyi halda təmin edilə bilinər. Ancaq məhkəmənin bu fikiri obyektivlikdən uzaqdır. Belə ki, bu xüzusi itdiham qaydasında getmiş bir iş idi, Abdulla Əfəndizadə də qanunsuz da olsa ilk olaraq təqsirkar kimi cəlb edilmişdi. Belə halda Abdulla Əfəndizadənin verəcəyi Vəsatətlərinin məhz yazılı formada, şahidlərinin ünvanlarının dəqiq olması tələbi doğru deyildir. Əslində məhkəmə adlarını, soyadlarını çəkəcəyi şəxslərin lazım olsa tapılmalarına dair Qərar çıxarıb, hüquq-mühafizə orqanlarına göndərməklə həmin şəxslərin tapılmasını, məhkəməyə gətirilmələrini təmin etməli olduğu halda Abdulla Əfəndizadənin üzərinə atmamalıdır. Lakin Abdulla Əfəndizadə çalışacaqdır ki, şahidlərin əksəriyyətlərinin ünvanlarını da Vəsatətində qeyd etsin.
Çox təəssüflər olsun ki, bizlərə - yəni KİV-lərə çatan dəqiq məlumata görə apelasiya instansiya məhkəməsi də “gəlmiş tapşırığa, xahişə görə” Abdulla Əfəndizadə tərəfdən veriləcək Vəsatətləri təmin etməməli idi. Ələlxüsus Bağırzadə Camalı ümumiyyətlə dindirmək istəməyəcəkdilər. Əgər Bağırzadə Camalın birinci instansiya məhkəməsində dindirilməmiş olması səbəbi onun Alıyev Cavidlə münasibətinin pis olması “irəli sürülürdüsə”, axı Abdulla Əfəndizadə tərəfdən verilən Apellyasiya Şikayətinin Əlavəsindən məlum olur ki, ona məxsus olmuş facebook səhifəsində əslində Alıyev Cavidin barəsində getmiş məqaləni Bağırzadə Camalın tərəfindən onun (yəni Abdulla Əfəndizadənin) xəbəri və icazəsi olmadan işıq üzü görmüşdü. Həmçinin Abdulla Əfəndizadəyə məxsus olmuş facebook səhifəsində əslində Alıyev Cavidin barəsində getmiş məqaləni Bağırzadə Camalın tərəfindən onun (yəni Abdulla Əfəndizadənin) xəbəri və icazəsi olmadan işıq üzü görməsini təsdiq edən şahidlər də vardırlar. Əgər Bağırzadə Camalın tərəfindən məhkəmə vaxtı törətdiyi əməlləri etiraf etmədiyi halda Abdulla Əfəndizadə ilə Bağırzadə Camalın arasında getmiş telefon danışıqları, SMS-ləri “Azercell” Mobil Telefon Şəbəkəsindən Qərar çıxarılmaqla tələb edilib gətiriləndə, həmçinin məhkəmə vaxtı iclasda ifadə verəcək şahidlərdən də həqiqətən də həmin məqalənin Bağırzadə Camalın tərəfindən Abdulla Əfəndizadənin xəbəri və icazəsi olmadan işıq üzü görmüşdür.
Bəlkə Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigarı vaxtilə katibəsi işləmiş olduğu, Bakı Apellyasiya Məhkəmənin hakimi, 44 günlük Vətən Müharibəsində şəhid olan oğul (Allah onun Oğluna və bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qəbirləri nurla dolsun) atası Kamran Əkbərovdan “arxayınçılığı” var idi. İnanmaq istərdik ki, Şəhid Atası Kamran Əkbərov belə qanunsuz yollara getməz.
Bu məqaləyə əlavə olaraq məqalədə adı çəkilən Vəkil Sorğularının və Vəkil Sorğularına verilən cavabların surətlərini təqdim edəcəyik.
Eyni zamanda bir daha oxucularımızdan, vicdanlı vəkillərdən Alıyev Cavidin hərəkətlərinə fikir bildirmələrini, hətta yazılı şəkildə redaksiyamıza göndərmələrini də təklif edirik.
İnanmaq istərdik ki, Bakı Apellyasiya Məhkəməsi nə Sabunçu r-n məhkəmənin hakimi olmuş İmanova Nigarın “şıltaqlığına”, nə də Alıyev Cavidin və onun himayədarlarının “ərköyünlüklərinə” baş əyməyəcəkdir, işi obyektiv araşdırmaqla əsaslı, qanuni, dəqiq, hüquqi və obyektiv Bəraət Hökmü çıxaracaqdır.
QOŞMA: 1. “Universam” vəkil bürosunun vəkili Vəliyev Nicatın tərəfindən Yasamal r-n məhkəmənin hakimi olmuş Daşdəmirov R.M.-ə ünvanlanan 15 iyul 2024 il tarixli Sorğusu
2. “Universam” vəkil bürosunun vəkili Vəliyev Nicatın tərəfindən Yasamal r-n prokurorluğuna ünvanlanan 15 iyul 2024 il tarixli Sorğusu
3. Yasamal r-n məhkəmənin (hakimi olmuş Daşdəmirov R.M.-in) “Universam” vəkil bürosunun vəkili Vəliyev Nicata ünvanlamış olduğu 1(004)-41/2024-cü saylı 19 iyul 2024-cü il tarixində hazırlamış olduğu məktub
4. Yasamal r-n məhkəmənin (hakimi olmuş Daşdəmirov R.M.-in) 1(004)-41/2024-cü saylı 22 may 2024-cü il tarixində çıxarılmış qərarı
5. “De fendo” Vəkil Büronun vəkili C.Cəlallının Yasamal r-n prokuroru E.Süleymanova ünvanladığı 258 saylı 09 avqust 2024 il tarixli Sorğusu
6. “De fendo” Vəkil Büronun vəkili C.Cəlallının Yasamal r-n məhkəməyə ünvanladığı 259 saylı 09 avqust 2024 il tarixli Sorğusu
7. Yasamal r-n məhkəmənin (hakimi olmuş Daşdəmirov R.M.-in) “De fendo” Vəkil Büronun vəkili Cəlal Cəlallıya ünvanlamış olduğu 1(004)-41/2024-cü saylı 12 avqust 2024-cü il tarixində hazırlamış olduğu məktub
8. Yasamal r-n prokurorluğun (müstəntiqi olmuş Umudov Yusifin) “De fendo” Vəkil Büronun vəkili Cəlal Cəlallıya ünvanlamış olduğu 2495-xid-24-cü saylı 19 avqust 2024-cü il tarixində hazırlamış olduğu cavabı
9. Yasamal r-n prokurorluğun (müstəntiqi olmuş Umudov Yusifin) 76-C-24-cü saylı qeydiyyat nömrəli material üzrə Cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 aprel 2024-cü il tarixində çıxarılmış qərarının surəti
İMZA: A.H.ƏFƏNDİZADƏ
P.S. A.Əfəndizadə onu da redaksiyamıza bildirdi ki, avqustun 30-da baş tutacaq növbəti məhkəmə prosesində Camal Bağırzadənin şahid kimi ifadə verməsi barədə vəsatətə baxılacaqdır. Lakin onda olan məlumata görə artıq Bakı Apellyasiya məhkəməsinin sədri cənab Mübariz Ələkbərova vəsatətin təmin olunmaması ixüsusi ittihamçının dostları tərəfindən xahiş edilmişdir. O xatırlatmışdır ki, Cavid Alıyev əvvəllər Bakı Hüquq Mərkəzində sabiq nazirin oğlu Fariz Məmmədovun rəhbərliyi altında işləmişdir. Fariz də Mübariz Ələkbərovun oğlu ilə dost olmuşdur Və bu xətt üzrə Mübariz qəfil olaraq 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinə təyin edilmişdir.