İfadetv.com-a avqustun 25-dən 26-na keçən gecə baş vermiş hadisə barədə məlumat verən mənbənin sözlərinə görə, yüksək sürətlə idarə edilən avtomobil Şəki-Qax şossesinin 19-cu km-də, köhnə yanğınsöndürmə məntəqəsinin yaxınlığında, Şəfayətin evinin qarşısında qonşu olan Samrat Şəhriyar oğlu Paşayev və onun əmisi oğlu, Sumqayıt şəhərində yaşayan Paşayev Coşqun Bəxtiyar oğlu yol kənarında durduqları yerdə vurub qaçmışdır. Baş vermiş qəza nəticəsində stomotoloq ixtisaslı həkim Samrat hadisə yerindəcə həlak olmuşdur. Onun əmisioğlu Coşqun isə ağır bədən xəsarətləri almışdır. Hazırda onun Bakı şəhərində DİN-nin Hospitalnda müaicə olunduğu bildirlir. Həlak olan həkim Samrat kasıb ailənin üzvü olub. Atası Şəhriyar yük avtomobili sürücüsü olmuşdur. Əmisi Bəxtiyar uzun müddət Rusiyanın Murmansk vilayətində ailəsilə birlikdə yaşadıqdan sonra Azərbaycana qayıtmış və Sumqayıt şəhərində avtomobil təmiri ilə məşğul olur.
Avtoqəza zamanı həlak olan Samrat Paşayev
Hazırda Samratın hüzr yerinə polislər gəlib gedirlər. Yəni, hüzr mərasiminin yola salınmasına yaxından köməklik göstərirlər. Şahidlərin dediyinə görə hadisə baş verən zaman polis rəisi Vüqar Qurbanovun şəxsi Tayota Camry markalı avtomobili Şəkidən Qaxa qayıdarkən yol boyu DYP-nin magistral yollar üzrə xidməti avtomobili qarşıda gedərk müşayət etmişdir. Rəisin idarə etdiyi şəxsi avtomobili yüksək sürətlə yol kənarında dayanan Samratı vurarkən yolun sol tərəfində quraşdırılmış radardan 100 metr sonra baş vermişdir. onu 30 metr məsafəyə kənara atmışdır. Və Samrat hadisə yerindəcə keçinmişdir. Məlumata görə hadisə yolun sol tərəfində quraşdırılmış radardan 100 metr sonra baş vermişdir. Lakin bu zaman yol boyu olan heç bir radar işləməmişdir. Daha doğrusu söndürülmüşdür. Hadisədən sonra isə rəisin Samratın qardaşı Eltonla ciddi mübahisəsi olduğu bildirilir. Rəis hətta qonşulara da acıqlanmışdır ki, siz nəyə durub baxırsınız. Cavab verilmişdir ki, bura bizim yaşayış evimizin qarşısıdır. Hadisədən 15 dəqiqə sonra isə Qax rayonunun bütün DYP və Polisin şəxsi heyəti tökülüb gəlmişlər. Avqustun 27-də AzTv-nin çəkiliş qrupu hüzr yerinə gəlsə də onlara hüzr sahibləri heç bir müsahibə verməmişlər. O da bildirildi ki, yerli ictimaiyyət polis rəisinin təkrarlanan bu hərəkətinə çox qəzəblidir.
Mənbə onu da bildirdi ki, Qax rayon Polis rəisi təxminən iki il əvvəl də Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən digər yol-nəqliyyat hadisəsi də törətmişdir. Hadisə zamanı yenə sürətlə idarə edilən 10 PE 005 dövlət nömrəli, qara rəngli, Tayota LAND CRUSER markalı avtomobillə Şəki-Qax yolunun 18-ci km-də Aşağı Göynük kənd sakini, orta yaşlı Səyyarə adlı qadını yol kənarı ilə gedərkən vurub öldürmüşdür. Səyyara Aşağı Göynük kənd qəbristanlığında dəfn edilmişdir.
Qax rayon polis rəisinin son 5 ildə təkcə Şəki-Qax yolunda törətdiyi digər ağır avtomobil qəzaları barəsində də tezliklə məlumat veriləcəkdir. Araşdırmalarımız davam edir.
DİN-nin Hospitalında müalicə alan ağır yaralı Coşqun Paşayev
İfadetv.com-un araşdırma qrupu