ABŞ-ın yerli hakimiyyət orqanları Amerika həbsxanalarında koronavirusun yayılmasının qarşısını almaq üçün minlərlə məhbusu azad edir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Kaliforniya, Nyu-York, Texas və ən azı digır 10 ştatdakı həbsxanalar koronavirusun yayılması təhlükəsi səbəbindən kiçik qanun pozuntularına yol vermiş məhkumları, həmçinin yaşlı və ya xəstə məhbusları azad edirlər.
“Bu o demək deyil ki, biz qapıları açırıq və məhbusların çıxıb getməsinə imkan veririk. Biz az ağır cinayətlər törətmiş və həbsxanada sağlamlığına yükək təhlükə yaranmış cinayətkarları buraxırıq”, – deyə Ohayo ştatının Kayaxoqa dairəsinin inzibati məhkəməsinin hakimi Brendan Şihan bildirib.