Böyük zonda hökuməti təhqir etməkdən ötrü küçəyə atılmış atasız blogerlər Azərbaycan mediasının yerini doldurub, ara-sıra transdan, bardan, saunadan, tragikomik fraqment hazırlayıb gəncləri güldürsə də, kiçik zonda (həbsxanlarda) zülm çəkən hüquqsuz məhkumlar bütün şanslardan məhrumdur.
Bu zonalarda baş verənləri təsəvvür etmək dəhşətdir. Sanki soyqırım siyasəti həyata keçirilir. Ötən gün Ədlliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun “adını deee, susduraq” tezisi ilə başlatdığımız tragediya ləyaqətli vətəndaşlara şok terapiya yaşadacağını əvvəlcədən anons edirəm. Hələlik 11-ci zonda fəaliyyət göstərən motelin rəisi Zahir Əliyev və sakinləri barədə bilməyiniz maraqlı olardı.
Əslən Laçın rayonundan olan Zahir Əliyev ədliyyə sisteminə ilk qədəmlərini İftixar Qurbanovla birlikdə Qobustan həbsxanasında hüquqsuz məhkumlara dərman satmaqla başlayıb. İftixar Qurbanovun bariqa kurslarını keçən Zahir Əliyev Rəfail Mehdiyevinn Tibb Baş idarəsinə rəis vəzifəsinə transferindən sonra yandırılan yaşıl işıq onu da 8 saylı CÇM tranpilin etdi. Xalqa, dövlətə xəyanət ampulasında özünü tapan Zahir Əliyev çox keçmədi ki, məhkumlara məxsus satdığı dərmanlar hesabına Sulutəpədə bir neçə villa və aptek açmağa müvəffəq oldu. Şəriki İftixar Qurbanovun etimadını qazanan Zahir Əliyev ciddi rejimli CÇM-dən ən çox alver edilən 11 saylı CÇM-nin Tibb sanitar hissəsinə transfer edilir. 1300-ə yaxın məhkumun böyük əksəriyyəti Z.Əliyevin feldşerləri vasitəsilə gecələr satdırdığı şprist hesabına müxtəlif xəstəliklərin o cümlədən HİİV, Hepatitin xroniki daşıyıcısına çevirib, ölümünə nail olsalar da ondan artıq məhkumlar hesabına lüks təmir edilmiş kabinələr xalqa lüks ziyan vermiş qanqster, narkobaron, quldurların sərəncamındadır.
Lüks otaqlarda dincələn və hər ay 200 manat Z.Əliyevin nəzir qutusuna nəzir atan məhkumların bir neçəsini diqqətinizə çatdırıram:
1). Həsənov Rövşən Qalib oğlu polis zabitini qətlə yetirdiyinə görə 9 il 1 ay müddətinə mükafatlandırılmış, “SAB” şirkətinin prezidentidir. Atası Qalib Həsənov ədliyyə nazirliyinin eks idarə rəislərindən biri, əmisi narkobaron Şaliz Həsənov 1 aylı CÇM-nin daimi sakinlərindəndir. Rövşən Həsənovun himayə etdiyi(Sançast) və moteldə yedizdirdiyi şəxslər:
- Təhməzov Rəhman İltifat oğlu-qanqster, quldur.
- Quliyev Sahil Zakir oğlu-qanqster, quldur, vahabi.
- Məmmədov Xəyal Mobil oğlu-qanqster, quldur.
- Qədirov Elnur Malik oğlu-quldur.
- Məmmədov Elnur Hüseyn oğlu-quldur və Emin, Saday, Türkel, Çingiz, Şücayət, Kamran, Alı və digərlərini nümunə göstərmək olar.
- Adlarını çəkdiyimiz şəxslərin hamısı cinyətkar aləmin sakinləri, obşak qrumunun ünsürlərindəndir. Uzun illərdir ki, məhz Tibbi Sanitar Hissədə qalmalarına başlıca səbəb bu ünsürlərin hüquqsuz məhkumlar üzərində dominantlıq edib, yığdıqları pulun böyük faizini paqonlu quldurlara pay etmələri ilə bilavasitə bağlıdır.
- Ardı var.
- İfadetv.com İfadə Cəfərzadə