Mərkəzi Seçki Komissiyasının 113 saylı Şəki şəhəri üzrə seçki dairəsindən Milli Məclisə deputat seçilmiş İsgəndərov Vüqar Yapon oğlunun tərəfdarları qarşısında söylədiyi qələbə çıxışının videogörüntüsü bu gün sosial şəbəkələrdə paylaşılmışdır. Millət vəkili çıxışında qeyd edir: “ ...O birliyimiz, mərdliyimiz, comərdliyimiz bütün pul qoyan qüvvələri keçdi, o qara qüvvələr pul buraxmışdılar, alınnmadı. Kasıb da olsaq, birliyimiz var və bu hər şeyi dağıtdı keçdi. Şəkinin 200 min əhalsi var lap bundan olsun 1000, 2000, lap olsun 5000 nəfəri qurdludur, paxıldır,şərəfsizdir . İnanın ki, alınan şey deyildi bunların qabağında durası.Bu insanların sevgisinin, hər birinizin qarşısında baş əyirəm. Allaha and olsun!
İfadetv.com
