2020.05.11. 23:21
Bakı şəhərinin Binəqədi rayonunda "Avrohom" (EuroHome) tikinti materialları bazarı ərazisində yanğın başlayıb.
Axar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri artıq hadisə yerindədir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Qeyd edək ki, 10 dekabr 2019-cu ildə sözügedən bazarda güclü yanğın baş vermişdi.
***
Fövqəladə Hallar naziri, general-polkovnik Kamaləddin Heydərov və müavini, general-leytenant Etibar Mirzəyev hadisənin baş verdiyi əraziyə gəlib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
***
Binəqədi rayonunda yerləşən "Avrohom" tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Alovun qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən alınıb.
