Hazırda Ədliyyə Nazirliyinin 1 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan və adının çəkilməsini istəməyən məhkum Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə və bir nüsxəsi də İfadetv.com saytına ünvanladığı şikayət məktubu sanki azadlıqdan məhrum edilənlərin məhbəsdə üzləşdikləri həyat dramını xatırladır. Günümüzün reallığını əks etdirən, aktual hesab edilən və ƏNPXİ-nin 1 saylı CÇM-də baş verən qanunpozuntularından bəhs edən məhbus məktubunun 7 bənddən ibarət olan qısa xronologiyasından bu dəfə 3-cü , 4-cü və 5-i bənddə yzılanları oxucularımıza təqdim edirik:
3. Prezidentin apardığı islahatlar zamanı göstərdiyi sonuncu təpkidən sonra bütün rüşvətlər. o cümlədən qanunların qiyməti 1 saylı CÇM-də tərs mütənasib olaraq qalxdı. Məsələn, əvvəl 4/1 vaxtı çatmış şəxsdən bir aylıq azadlıq haqqı 600 manat alınırdısa, indi aldu 1000 manat. Rəis deyir ki, “Prezident yalan danışır, İndi rüşvət almayanı tuturlar. Hər ay Nazirliyə 55000 manat haqq verirəm. Bir sözlə, bu CÇM-də qanuçuluq da, dövlətçilk də bir çüar olaraq satılır.
4. 1 saylı CŞM-də qeydiyyat bölməsinin rəisi Günel Ələkbərovanın missiyası məhkumların ünvanına gələn məhkəmə qərarlarını, ərizələri satmaqdan ibarətdir. Pulsuz heç kimə heçnə verilmir. İşdir, gnelin sənədləşməsi yoxlansa, hamısının saxta olması ortalığa çıxar. Bu xanımın digər rolu araçılıqdır. Zəriflik hissindən uza olan bu günel eks rəis Rövşən Niyazovun, indiki rəis E.Həsənovun, telefonçunahid Nəcəfovun, sanitar Asifinxüsiusi xahişlərini yerinə yetirməklə höküməti “şərəflə” təmsil edir.
5. Tekefonçu Nahid Nəcəfovdur. Qanunla telefon danışığı qadağan edilib. Şəhər telefonu və mobil telefonla 1 dəq zəng 1 manat təşkil edir. 12 telefon aparatı işlədir. Səhər 9-00-dan axşam saat 21-00-dək 12 telefonun qazancı 1 ay üçün 25000 manattəşkil edir.Telefonçilar Nahid və familin digər missiyası rəhbərliyin göstərişləri əsasında istənilən məhkuma qarşı təxribat törətməkləəlavə “yem” qazandırılar. Və elə gün olmur ki, telefonda 2-5 nəfər təxribata çəkilərək qurbanlıq olmasın. Nahid və Famil cütlüyü kasıb və arxasız məhkumları küçə söyüçlərilə təhqir edir, döyür, onları alçaldırlar. ..
Davamı olacaq.
P.S. Mətbu orqan olaraq məhbusun Beynəlxalq Qırmızı Xaçın Azərbaycan Nümayəndələyinə ünvanlanan məktubun qısa məzmunu budur ki, ƏN PX-in 1 saylı CÇM-də yaradılan qeyri insani davranışlar məkumların azadlığa çıxmasından sonra onların hər birinin cəmiyyətə ən təbii formalaşmış dağıdıcı müxalif qüvvə kimi daxil olmasını təmin edirlər. Bu hal gələcəkdə dövlət və cəmiyyət üçün də birbaşa potensial təhlükə mənbəyinin yaranmasına və qarşısıalınmaz xaosa gətirib çıxması ilə nəticələnə bilər. Bu da ümumiyyətlə müstəqil dövlətimiz üçün real təhlükə deməkdir. Daha dəqiqi, əgər yazılanlara inansaq bu o anlama gəlr ki, paşinyan hökümətinin xüsusi xidmət orqanları istəslər belə, azərbaycanlı məhkumlarına 1 saylı CŞM-nin şəxsi heyətinin yaşatdıqları dəhşəti yaşada bilməz, onları dövlətə qarşı bu dərəcə nifrət hissi oyada bilməzlər.
