Bu gün İfadetv.com saytına Zərdab rayonundan məlumat verdilər ki, günorta rayonun Məlikli kəndində kasıb bir ailənin tövləsində ikibaşlı buzov doğulmuşdur. Xəbər verildiyi kimi buzov hələlik ayağa dura bilməsə də, hələlik onların yedizdirilməsində problem yaşanır. Lakin buzovun zəif orqanizmi onun yaşama şansının olub olmamasını sual altında qoyur. yaxşı olardı ki, rayonun Baytarlıq İdarəsi bu nadir buzovun yaşamasına yardımçı olsunlar.
İfadetv.com
