Karantin müəssisələri həftəlik 200-500 nəfər qəbul edə bilir. Bu sayı keçsək, müayinə və müalicə prosesində problemlər ola bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, hazırda karantində olan 1139 nəfərin arasında Rusiyadan və hava nəqliyyatı ilə xarici ölkələrdən gələnlər var.
