“Bəlli deyil, Çexiyanın və İngiltərənin havasındandır, nədəndir, oralara gedən şirkət açır. Azərbaycanın vaxtilə Çexiyadakı, 2014-cü ildən isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə cənabları da iki il əvvəl Londonda xanımı Ülviyyə Tağızadənin adına ULVI PR&EVENTS LTD şirkətini təsis edib.
Bu məlumatı tanınmış jurnalist Cavanşir Həsənli özünün facebook səhifəsində paylaşıb.
Məlumata görə, 2018-ci il iyunun 5-də qeydiyyatdan keçirilmiş şirkətin adı bir ay sonra dəyişdirilərək UX PR & EVENTS LTD adlandırılır. Şirkətin hüquqi ünvanı öncə Tağızadələrin London, Porchester Terrace 53-də kirayə etdikləri 9 otaqlı evdə, daha sonra Fulham Road 352-də yerləşib.
İndi səfir çıxıb izahat verəcək ki, bu lobbiçilik şirkətidir, ictimai əlaqələr və kommunikasiya fəaliyyətilə məşğuldur və s. Amma fərq eləmir, bu kommersiya təşkilatı tipidir, biznes fəaliyyətinə aid olunur və vergi öhdəlikləri yaradır.
Ülviyyə Tağızadə onsuz da İngiltərədə ictimai fəaliyyətlə məşğuldur və Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəridir və vaxtaşırı xarici şirkətlərin maliyyə dəstəyilə layihələr həyata keçirir.
İFADETV.COM Milyoner səfirlərimizlə bağlı növbəti sayımızda Azərbaycanın Molodovadakı səfiri cənab Osman Qüdsinin vaxtilə Azərbaycan Beynəlxalq Bankının Moskva filialından kredit götürdüyü 10 milyon dollar pulu niyə bu vxta qədər qaytarmamasından söhbət açacağıq.
