“Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi Aqibət Məmmədovun oğlu Rəşad Məmmədov bahalı avtomobil həvəskarı imiş.
Sfera.az-ın məlumatına görə, Rəşad Məmmədovun parkında çoxsaylı bahalı avtomobillər yer alıb. Rəşad Məmmədovun mütəmadi olaraq avtomobil parkını yenilədiyi iddia edilir. Ona məxsus avtomobillərdən birinin dövlət nömrə nişanının qiyməti isə bir çox avtomobildən bahadır. Məlumata görə, ASC sahibinin oğlu həmin nömrə nişanına 250 min manat ödəyib.
Qeyd edək ki, “Gəncə Körpü Tikinti-2”ASC-nin sahibi Aqibət Məmmədovun sabiq millət vəkili Ağalar Vəliyevlə işbirliyinin olması haqda iddialar var.
Aqibət Məmmədovun oğluna məxsus avtomobillərin fotolarını həqdim edirik.
P.S. Xatıladq ki, 43 Avropa ğlkələrinin hamısının birlikdə bu qədər avtomobili və bhalı nömrələrə sahib deyillər. Çünki, bu prezidentlərin nə ataları, nə də özləri bizim məmur quldurlardan fərqli olaraq dövləti talayıb varidat yığmayıblar. Doğrudur, onların hamısının belə bir imkan və səlahiyyətləri olsa da, belə oğruluqdan, quldurluqdan, rüşvətxorluqdan bəhrələnərək özlərinə varidat toplamağı şərəf və ləyaqətlərinə sığışdırmayıblar. Vəssəlam. Yəni, şərəfli ömürü üstün tutublar.
