Bu barədə icra başçısı Adil Məmmədova yaxın olan dairədən verilən məlumatlarda bildirilir.
Rayonu problem dolu günlərə salan Adil Məmmədov tezliklə həbs olunacağını dərk edərək təcili surətdə Ərəbqədim, Xilmilli, Poladlı, Cəmcəmli kəndlərindəki əldə etdiyi 10 min hektarlarla otlaq sahələri olan torpaqlarının, mal-mülklərinin siyahısı saytlarda dərc edilənədək sataraq, əvvəlcə doğma Oğuz rayonunun ucqar dağ kəndindəki ata yurduna, təqib olunacağı təqdirdə isə gizli yollarla ölkədən Rusiya istiqamətində qaçacağı onun planına daxildir.
Oğuzda və Qobustanda iri obyekt və torpaqlar sahibi olan icra başçısının belə tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçı 90 faiz yaxın günlərdə vəzifəsi ilə vidalaşacağını yuxarıdakı himayədarları ona bildirmişlər.
A.Məmmədov sələfi rüşvətxor İsmayıl Vəliyevin metodlarını Qobustan rayonunda davam etdirdiyini, rayonun əsasən maldarçılıq və qoyunçuluq təsərrüfatı sahələrinin böyük hissəsinə qanunsuz olaraq sahibləndiyini, 2012-ci ildən 2019-cu ilədək yerli kənd bələdiyyələrinin rayonun taxıl bitirməyən yerlərində “ağ kağız” üzərində büğda əkini göstərməklə dövlətdən külli-miqdarda subsidiya alaraq 10-90% nisbətində mənimsəməsi faktları ortalığa çıxması onu vahimələndirmişdir. Sovetlər dönəmindən qalan fermaların “su qiyməti”nə özəlləşdirməsi nəticəsində sayı-hesabı bilinməyən xırda və iribuynuzlu şəxsi heyvanlarını artırmaq üçün xüsusi əmlaka çevrilmiş və bununla da Azərbaycanda ən imkanlı fermer-oliqarx olmuşdur.
Bu adam həm də kəndlərdəki yerli sakinlərə məxsus pay torpaqlarını istər icarə adı altında, vaxtıilə yerli sakinlərə verilmiş bələdiyyə torpaqlarını “qara kassası” hesab edilən Qobustan şəhər Bələdiyyəsinin sədri olan mini-oliqarx Vasif Novruzovun əlilə sənədləri saxtalaşdırmaq, arxiv materiallarını qəsdən məhv etməklə yenidən kənar fiziki şəxslərə baha qiymətə satmaları səbəbindən yüksək artistlik bacarığı olan oliqarx məmura çevrilmişdir. A. Məmmədov istər işlədiyi Oğuz, istər Biləsuvar, istərsə də hazırda Qobustan rayon icra başçısı təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür.
Hətta deyilənlərə görə, Qobustanın müstəqillik tarixində sələfi İsmayıl Vəliyevdən sonra ən tamahkar icra başçısı kimi yerli sakinlərin yaddaşlarda qalmışdır.
Mənbənin bildirdiyinə görə, A.Məmmədov bu günə qədər topladığı vəsaitin yarısını təhvil vermək şərtilə mədəni formada, yəni sağlamlıq vəziyyətilə əlaqədr yazıb hazırladığı istefa ərizəsini işə keçirib aradan çıxmağı planlaşdırsa da “yuxarıdakı himayədarlrı” bu məsələdə ona kömək edə bilməyəcəklərini bildirmişlər. DTX-nın XİN-də keçirdiyi son əməliyyatlardan sonra başının üzərinə yaxınlaşan qara buludlardan yaxa qurtarması üçün A.Məmmədov hətta gecələr də səhərədək mal-mülkünü dəyər- dəyməzinə satması üçün real müştərilər axtarışındadır. Lakin bütün bunlara baxmayaraq onun rayonda lazımi işləri apara bilməməsi, yalnız öz şəxsi təsərrüfatlarının inkişaf etdirməsinə vaxt sərf etməsi onun Prezident Aparatı tərəfindən “qara siyahıya” düşməsinə əsas səbəb kimi göstərilir. Yaxın günlərdə həbs edilməsindən qurtulması üçün göstərdiyi çabalar isə hələlik nəticə verməmişdir. Hadislərin son gedişatı onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə Qobustan icra başçısı cənab Adil Məmmədovun gələcəyə ümidi yalnız Allaha qalmışdır.
İfadetv.com Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
