Azərbaycan siyasi sistemində müəmmalı şəxslərdən olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı hər bir məlumat maraqla qarşılanır.
Son günlər ölkə mətbuatında Ramiz Mehdiyevin Azərbaycana rəhbərlik etmiş, Kommunist Partiyasının sabiq 1-ci katibi Əbdürrəhman Vəzirovla yaxın olması ilə bağlı iddialar səslənir. Bildirilir ki, Ə.Vəzirov hakimiyyətə gələn kimi ilk plenumda R.Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılması təklif olunur. Heydər Əliyevin yaxşılıqlarına baxmayaraq, həmin plenumda Ramiz Mehdiyev “Mən Heydər Əliyevin adamı olmamışam”, “Mən heç zaman Heydər Əliyevin ideologiyasını dəstəkləməmişəm”, “Həmişə sizin kimi təmiz insanın Azərbaycana rəhbərlik etməyini təqdirəlayiq bilmişəm” kimi fikirlər işlədib.
Məsələyə aydınlıq gətirməsi üçün Unikal.org-un əməkdaşı hazırda Rusiyada yaşayan Əbdürrəhman Vəzirovla əlaqə saxlayıb.
Sabiq birinci katib deyilənləri müvəqqəti oyun adlandırıb: “Ramiz Mehdiyev mənim özümə bu sözləri heç vaxt deməyib. Lakin eşitdiyimə görə, o, bir müddət başqalarının yanında belə ifadələr işlədib. O, sözsüz ki, Heydər Əliyevə yaxın insan olub. Buna şübhə də yox idi”.
P.S. Son vaxtlar akademik Ramiz Mehdiyevə qarşı cəmiyyətdə o dərəcədə nufuza sahib olmayan Maksim Musayevlər, Fəzaillər, Hafiz Hacıyevlər tərəfindən "topa tutulması"nın şahidi oluruq. Bu danışmanların rejissorları kimdirsə çox böyük cürət sahibi imiş. Onlar unudurlar ki. kiməsə yarınmaq məqsədilə təkil etdikləri kampaniya sonda Azərbaycanı Rusiyaya qarşı qoymaqla nəticələnək. Sonda hirslənmiş ayı erməni dostlarının əlilə Azərbaycanı öz dililə "başa salacaq" Bunun da nəticəsində əziyyət çəkən yenə də sadə vətəndaşlarımız olacaq. Odla oynayarkən bir az ehtiyatlı olun, cənablar!
