Xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə istefa ərizəsi yazıb.
Bu barədə Gununsesi.org-a məlumatlı mənbələrdən informasiya daxil olub.
Xəbərdə bildirilir ki, Məmmədyarov DTX-nın Xarici İşlər Nazirliyindəki anti-korrupsiya əməliyyatından sonra bu addımı atıb.
Qeyd edək ki, ölkə başçısı hökumətin müşavirəsində Elmar Məmmədyarovu sərt tənqid edib.
Prezident bildirib ki, 12 iyul günü naziri axtarsa da tapa bilməyib.
Sonradan XİN rəhbəri baş nazirə bildirib ki, evindən işləyir.
Görünür, nazirin işə getməməsi məhz bir neçə gün əvvəl yazdığı istefa ərizəsi ilə bağlıdır.
Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev xarici işlər naziri təyin olunacaq.
Bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin müvafiq Sərəncam imzalaması gözlənilir.
Xatırladaq ki, Hikmət Hacıyev 2014–2018-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
