Şabran Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin torpaq sahələrinin əlindən alınmasına dair qətnamə çıxarıb.
Məlumata görə, İlham Əliyev bu rayondan deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus torpaq sahələrini ələ keçirib.
Ramiz Mehdiyevin “vurulmasından” sonra rayon sakinləri öz əmlak davalarını məhkəməyə daşıyıb.
Dünən keçirilən prosesdə İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.
Qeyd edək ki, bu torpaq sahələrini İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC ələ keçirib. (gununsesi.org)
P.S. Son günlər Ramiz Mehdiyevə edilən iqtisadi hücumların sayı artmaqdadır. Hesab edirik ki, bu kampaniya özlüyündə küləyin qayadan qum dənəsi aparmasına bənzəyir. R.Mehdiyevin 2 gün öncə verdiyi cavablardan belə başa düşülür ki, "Qoca senyorun" səbr kasası artıq daşmaq üzrədir. Bəs görəsən arxasında dünyanı qarışdıran bir dövlətin dayandığı birisinə qarşı ucuz ittihamların səsləndirilməsi nəyə xidmət edir? Səriştəsizliyə və Azərbaycanı xaosa sürükləməyə. Başqa heçnə. Allah özü yaşadığımz bu ağır günlərdə şəxsi maraqlarını dövlət maraqlarınddan üstün tutan siyasi avanturistlərin araqarışdıran hərəkətlərindən qorusun.Amin!
