Vizaları ləğv etdik. Amma bu kifayət deyil. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”.
P.S. Yaxşı ki. müstəqilliyi əldə etdikdən 27 il sonra Türkiyə ilə viza rejimini ermənilərin müqavimətinə baxmyaraq ləğv etdik. İndi də Çavuşoğlunun təklifini dəyərləndirmək üçün yenə 27 il gözləməli olacağıq.
İfadetv.com
